Oyuncaq ayıya bənzəyən koalalar Avstraliyanın ən məşhur heyvanlarından biridir. Bu otyeyənlərin populyasiyası ətraf mühit dəyişikliyilə bağlı təhlükə altındadır.
Qeyd edək ki, iqlim dəyişikliyi, yaşayış yerlərinin məhvi və xəstəliklər koalaların sayının sürətlə azalmasına səbəb olur. Avstraliyanın Ətraf Mühit Naziri Syuzan Ley bu heyvanların populyasiyasını bərpa etmək üçün milli plan yaratmağı vəd edib.
Qeyd edək ki, koalalar yalnız evkalipt meşələrində yaşayır. Avropalılar onu 1802-ci ildə kəşf ediblər. Son üç ildə Avstraliyada koalaların ümumi sayı 30% azalıb. 2018-ci ildə onların populyasiyası müxtəlif hesablamalara görə 42,7 mindən 82,1 minə qədər, 2021-ci ildə isə 32 mindən 57,9 minə qədər olub.