Həftəsonu ilin ilk Günəş tutulması olacaq - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Həftəsonu ilin ilk Günəş tutulması olacaq

Elm və texnologiya A- A A+
Aprelin 30-da ilin ilk Günəş tutulması olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 30-da saat 22:45-də başlayacaq və mayın 1-də saat 02.37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.
 
Bu barədə Ednews-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, ilin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində müşahidə olunmayacaq.
 
Bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...