Süni intellekt bədii film yaradacaq - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Süni intellekt bədii film yaradacaq

Elm və texnologiya A- A A+

Alman eksperimentator Fabian Ştelzer süni intellektdən (Sİ) istifadə edərək film yaradacaq. Müəllif gələcək "Duz" adlı filmindən bir səhnə təqdim edib.

Ednews AZƏRTAC-a istinadən bildirir ki, müəllifin sözlərinə görə, film tamamilə neyron şəbəkələr dəsti ilə yaradılacaq. Bu şəbəkələr sayəsində görüntü və personajların səsləri, eləcə də xüsusi effektlər yaradılacaq.

F.Ştelzer kino sahəsində yenilikçi olmaq niyyətindədir və süni intellektin onun ssenarisi üzrə tammetrajlı film yarada biləcəyinə inanır.

Eksperimentatorun yaradacağı "Duz" layihəsi kosmonavtların qəribəliklərlə zəngin olan planetdəki sərgüzəştlərinə həsr olunacaq. Filmin davamı isə izləyicilərin özlərindən asılıdır. Müəllifin tapıntısına görə, tamaşaçılar ideyadan ilhamlanaraq neyron şəbəkələr üçün mətn təlimatlarını özləri tərtib edəcəklər.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...