Maqnit qasırğası gözlənilir - ednews.net

29 Noyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Maqnit qasırğası gözlənilir

Elm və texnologiya A- A A+
Son üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə olmasına baxmayaraq, Günəş səthində bəzi aktiv oblastlar parçalanıb, Yerə praktik təsir edə bilməyən C sinif və zəif təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə, hətta pozulmasına gətirərək radiasiya və maqnit qasırğası yarada bilən M sinif alışmalar müşahidə olunub.
 
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından Ednews-a verilən məlumata görə, son sutka ərzində Günəşdə müşahidə olunan tac kütlə atılmaları 30 sentyabr - 1 oktyabr tarixləri üçün Yerə yaxınlaşaraq maqnit sahəsində dəyişiklik yarada biləcək. Çox zəif radiasiya qasırğası ilə yanaşı, Günəş atmosferindən gələn yüksək sürətli axınların Yerə daha yaxın olacağı səbəbindən mülayim (G1) və orta (G2) səviyyədə geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının gücünü göstərən əmsal 9 ballıq sistemlə 2-dən 6-ya kimi yüksələcək.
 
Günəşdə alışmaların baş vermə ehtimalı sentyabrın 29-da C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 25% və X sinif alışmalar üçün isə 5%-dir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...