Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.
Ednew xəbər verir ki, “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır.
*** 11:35
Dünya miqyasında ən çox istifadəçiyə malik sosial mesajlaşma platforması “WhatsApp”ın işində problem yaranıb.
Ednews xəbər verir ki, platformada mesaj, foto və video göndərmək mümkün deyil.
Milyonlarla istifadəçinin eyni problemlə üzləşdiyi məlum olub. Məsələ ilə bağlı hələ ki heç bir açıqlama verilməyib.