ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Apollon missiyalarından 50 il sonra insanları Aya geri göndərmək hədəfini icrasına başlayıb.
Ednews xəbər verir ki, Artemis proqramı çərçivəsində ərsəyə gələn Orion kapsulunu daşıyacaq nəhəng raket kosmosa buraxılıb.
Raket dünən yerli vaxtla saat 01:04-də Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən yola düşüb. Bölgəyə gələn minlərlə insan buraxılış anını yerində izləyib.
Qeyd edək ki, 1972-ci ildə buraxılan Apollo 17 raketindən sonra NASA 10 ildən artıqdır ki, SLS raketi üzərində işləyir.
Artemis 1 uçuşu uğurlu olarsa, NASA astronavtları 2024-cü ildə Ay ətrafında orbitdə eyni missiyanı yerinə yetirəcəklər.
Artemis 1-in 25 günlük missiyasını başa vurduqdan sonra dekabrın 11-də Sakit Okeana enməsi planlaşdırılır.
Nəzrin Beydiyeva