ABŞ-da ilk dəfə 3D printer vasitəsilə tam yaşayış evi çap edilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən ev tamamilə bioloji xammaldan hazırlanıb.
“BioHome 3D” adlandırılan yaşayış evi Men Universitetinin Qabaqcıl Strukturlar və Kompozitlər Mərkəzinin (ACSS) tədqiqatçılar qrupunun təcrübəsi çərçivəsində çap edilib.
Sözügedən ev 4 moduldan ibarətdir. Tədqiqatçıların sözlərinə görə, evin divarları, döşəməsi və tavanı taxta lifindən və bioqətrandan hazırlanıb.
Bununla yanaşı “BioHome 3D” yüksək səviyyəli istilik izolyasiyasına malikdir və təkrar emal üçün yararlıdır.