Mask “Twitter”də “Apple”ın reklamını bərpa etdiyini açıqlayıb - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Mask “Twitter”də “Apple”ın reklamını bərpa etdiyini açıqlayıb

Elm və texnologiya A- A A+
“Apple” şirkəti “Twitter”də reklam yerləşdirməsini tamamilə bərpa edib.
 
Ednews xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri İlon Mask “Twitter Spaces”in səsli çatında keçirilən konfransda bildirib.
 
Milyarderin sözlərinə görə, “Apple” sosial şəbəkənin ən böyük reklamçısıdır.
 
Xatırladaq ki, İ.Mask daha əvvəl “Apple”ın sosial şəbəkədə reklam verməkdən imtina etməklə yanaşı, tətbiqi “App Store”dan silməklə hədələdiyini bildirmişdi. Bu hadisələrin fonunda milyarder “Apple”ın “Amerikada söz azadlığına nifrət etdiyini” qeyd edib.
 
Bundan sonra Mask elektronika istehsalçısının rəhbəri Tim Kuk ilə görüşüb və bildirib ki, “Twitter”in “App Store”dan potensial silinməsi ilə bağlı anlaşılmazlıq” aradan qaldırılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...