Samsung-un pultundan ilhamlanan Google, özünü şarj edə bilən pult dizayn etməyə başladı.
Ednews Haber Globala istinadən xəbər verir ki, Android TV və Google TV cihazlarından istifadə üçün hazırlanacaq bu pult üçün Exeger şirkəti ilə əməkdaşlıq edilib.
Müvafiq olaraq, idarəetmə vasitələri ətrafdakı işıqdan istifadə edərək özlərini şarj edə biləcək. İşığı elektrikə çevirən pultdakı günəş batareyası olacaq.
Nə vaxt buraxılacağı qeyri-müəyyən olan bu pultun istehsal dəyərinin yüksək olacağı gözlənilir.
Aynurə İsmayılqızı