ABŞ Senatına "TikTok" sosial şəbəkəsini ölkə ərazisində qadağan edən qanun layihəsi təqdim olunacaq.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından senator olan Josh Hawley ABŞ Senatına “TikTok” sosial şəbəkəsinin bütün ölkə ərazisində istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, keçən ay Konqres “TikTok”u hökumət cihazlarında tətbiqini qadağan edib. İndi isə növbə həmin sosial şəbəkənin bütün ölkə ərazisində qadağan edilməsinə çatıb.
Oğuz Ayvaz