"Tik-Tok"-un bağlanması problemləri HƏLL EDƏCƏKMİ? - ARAŞDIRMA - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

"Tik-Tok"-un bağlanması problemləri HƏLL EDƏCƏKMİ? - ARAŞDIRMA

Elm və texnologiya A- A A+
Son zamanlar “Tik –Tok” sosial platformasının bağlanılması haqqında fikirlər səsləndirilir. Buna səbəb kimi isə orada qeyri-etik və mənasız kontentin yayılması göstərilir.
Dünyanın bir çox inkişaf etmiş ölkələri, hətta ABŞ və Britaniyada yüksək səviyyəli dövlət rəsmiləri “TikTok”un bağlanılmasını və ya qanunlarla tənzimlənməli olduğunu bildirirlər.
 
 Maraqlıdır bəs bu platforma hazırda bizim vətəndaşlar üçün nə dərəcədə faydalıdır? Bağlanması çıxış yoludurmu?
 
Məsələ ilə bağlı İT ekspert Vahid Qasımov Ednews-a açıqlamasında bildirib ki, bu platformanın bağlanmasına qəti şəkildə etiraz edir: 
“Müasir dövrdür, hər kəs öz seçimində azaddır.  Hər kəs istədiyi şəkildə, istədiyi formada istifadə edə bilər. Gənclərə, vətəndaşlara nə dərəcədə faydalıdır orasını dəqiq deyə bilmərəm”.
 
 Millət vəkili Aqil Abbas da elə düşünür ki, demokratik ölkədə heç bir senzuradan söz gedə bilməz:
“Vallah, mən ümumiyyətlə bu şəbəkədən istifadə etmirəm. Hərdən dost-tanışlar hansısa video atır, baxıram. Biz müstəqil ölkəyik, heç bir şeyə qadağa qoyula bilməz. 5-10 nəfər videolar paylaşır, pul qazanır, bunun nəyi pisdir? Televiziyalarda bundan betər, ədəbsiz verilişlər doludur. Onlar bağlanır ki, “Tik-Tok” da bağlansın?”
 
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə isə, vətəndaşlarımızın sosial şəbəkələrdən düzgün istifadə etmir:
 “Biz özümüz də bu şəbəkədən istifadə edirik, videolar paylaşırıq və müsbət rəylər alırıq. Əslində sosial şəbəkələrin marifləndirici formaları çoxdur, müsbət tərəfləri mövcuddur, ancaq təəsüf ki, bizim vətəndaşlar bayağılığa daha çox üstünlük veririk, xoşagəlməz məlumatlar bizi maraqlandırır. Düşünürəm ki, biz sadəcə olaraq düzgün istifadəni öyrənməliyik”.
 
Aytən Yaşar


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...