Yaxın gələcəkdə yerdən kənar həyatı kəşf edəcəyik Yadplanetlilərlə qarşılaşan insanlığın aqibəti necə olacaq? – Araşdırmaçıdan ŞOK detallar

Elm və texnologiya 14:31 27.04.2023

"Dövrümüz alimləri və astrofizikləri insanlara yadplanetlilərdən qaçmağı, onlarla heç bir kontaktda olmamağı, əlaqə qurmamağı tövsiyə edirlər. Bunun bizim üçün böyük faciələrə səbəb olacağını bildirirlər".

 
Son zamanlar müxtəlif ölkələrin səmasında tez-tez uçan naməlum obyektlərin görülməsilə bağlı xəbərlər yayılır.

Uçan naməlum obyektlərin (UNO) varlığı hələki, rəsmi olaraq öz təsdiqini tapmasa da alimlər Yerdən kənar həyatın axtarışını davam etdirirlər. Kainatın çox böyük olduğu, Yerdən başqa digər planetlərdə də həyatın, canlıların mövcudluğu inkar edilmir. Günümüzdə bu barədə dəqiq araşdırmalar olmasa da bir sıra elmi nəzəriyyələr, həmçinin, paralel kainatlar nəzəriyyəsi bu ehtimalın doğruluğunu təsdiq etməyə əsas verir.  

Müstəqil araşdırmaçı Nazim Həsənov UNO-larla bağlı bir sıra maraqlı məlumatlar bölüşüb. O, Ednews-a verdiyi müsahibədə yad planetlilərlə bağlı insanlarda sual yaradan məqamlara aydınlıq gətirib.  

O bildirib ki, yadplanetlilərin və UNO-ların hər hansı bir atmosfer hadisəsi və yaxud illüziya olduğu güman olunur. Yerdən kənar həyat və uçan naməlum obyektlərin qədim zamanlardan dövrümüzə qədər bir çox alimin xüsusi maraq dairəsində olduğunu qeyd edən N.Həsənov qeyd edib ki, insanlar indiyə kimi görmədikləri varlıqlarla bağlı suallara cavab axtarmağa çalışırlar.

“Mövzunu dəqiq cavablamaq bir qədər çətindir. Kainat təsəvvürlərimizə sığmayacaq qədər böyükdür, sonsuzdur. Kainatda Yer planetindən başqa digər planetlərdə də həyatın, yaşamın mövcudluğunu elm qəbul edir. Məşhur astrofizik Karl Saqanın sözlərinə görə, əgər, bu boyda kainatda təkcə Yerdə həyat olsaydı, bu, israfçılıq olardı. Onun sözünə qüvvət, demək istəyirəm ki, 1995-ci ildən günümüzə qədər başqa ulduzlar ətrafında beş mindən artıq ekzoplanet kəşf olunub. Onların da təxminən 30 faizə yaxını Yer tipli planetlərdir. Onlarda həyatın var olduğu ehtimal edilir. Sadəcə olaraq, məsafə uzaqlığı baxımından onların dəqiq müşahidəsi indik vaxtda mümkün deyil. Əgər biz qalaktikadan hər hansı siqnal qəbul etsək, qəbul olunmuş siqnalın araşdırılması və həmin ulduz sisteminə siqnalın göndərilməsi minlərlə, hətta milyonlarla il vaxt ala bilər. Təxminən 30 işıq ili qədər uzaq məsafədə olan hər hansı planetdə həyat aşkar etsək, bizim ora siqnal göndərib və geri siqnal qəbul etməyimiz 60 ilə başa gələ bilər. Kosmik məsafələr fantastik olduğundan yad planetlilərin belə məsafələrdə axtarışı və onlarla əlaqənin qurulması praktik olaraq mümkünsüzdür. Qədimdən indiyə qədər Yer kürəsi əhalisi tərəfindən yadplanetlilərin görülməsi barədə çoxsaylı yazılı qeydlər aparılıb. Qədim Şumer və Misir kitabələri və orta əsrlərdən günümüzə qədər bir çox yazılı mənbələr bu faktı sübut etməyə çalışıb. Lakin bu məlumatların heç də hamısının doğru olduğunu deyə bilmərik. Son dövr məlumatlarının bir çoxu uydurmadır, deyərdim. Əsasən, maraq və reytinq xətrinə media orqanları belə saxta xəbərlər tirajlayırlar”.

(Jacques Legrand - “Le Livre Des Bonnes Moeurs" kitabından, Fransa, 1338-ci il)

 

Araşdırmaçı yadplanetlilərin fərqli olmasından danışıb, bildirib ki, onlar forma və məzmun, kimyəvi tərkib baxımından və quruluşca tamam fərqli varlıqlar ola bilər.

“İnkişaf səviyyələrinə görə isə onlar bizdən qat-qat üstündürlər. Bu da ona əsaslanır ki, müşahidə olunan və mənbələrdə barələrində məlumatlar təqdim olunan UNO-lar çox böyük texnoloji üstünlüklərə malikdirlər. Lakin bizdən daha zəif inkişaf edən yad varlıqlar da ola bilər. Kainatın çoxölçülü sistem olduğunu nəzərə alsaq, bu sistemlərdə müxtəlif varlıqların yaşaması da təmamilə mümkündür.

İnsanlar bəzən bilməməzlikdən təbiət hadisələri, atmosferdə baş verənlər səbəbilə yaranan hansısa cisimlərin, meteoritlərin və s. yad cisim olduğunu düşünürlər. Bu o demək deyil ki, onlar yad planetlərdən gələn obyektlərdir. Son dövrlərdə insan istehsalı olan vasitələr – dronlar, pilotsuz təyyarələr yadplanetlilər mövzusunda çaşqınlıq yaradır. İnsanlar müşahidə etdikləri hər uçan obyektin texnoloji bir vasitə, yoxsa, yad planetdən gələn naməlum obyekt olduğunu qarışdıra bilərlər”.

(Karlo Krivelli - "Müqəddəs Emidiusla Müjdə" tablosu, 1486-cı il)

 

Yadplanetlilərlə qarşılaşmaq ehtimalımız varmı? Onlarla üzləşsək nə etməliyik?   

N.Həsənov qeyd edib ki, son vaxtlar müxtəlif ölkələrin səmasında tez-tez rastlanılan uçan naməlum obyektlərlə bağlı rəsmi açıqlamalar yoxdur. Rəsmi mənbələrdə bunlar izah oluna bilməyən obyektlər kimi göstərilir.

“Onların, adətən, Yerə heç bir təhlükə törətmədiyi, bəzilərinin hərəkətsiz olduğu, bəzilərininsə, ümumiyyətlə manevr qabiliyyətinin olmadığı bildirilir. Onlardan bəzilərinin kosmik stansiyalar tərəfindən peykə buraxıldığı da ehtimal olunur.  Bunların Yer mənşəli yoxsa yad planetli olması barədə dəqiq nəsə demək olmur.

Dövrümüz alimləri və astrofizikləri insanlara yadplanetlilərdən qaçmağı, onlarla heç bir kontaktda olmamağı, əlaqə qurmamağı tövsiyə edirlər. Bunun bizim üçün böyük faciələrə səbəb olacağını bildirirlər.

(İsa Məsihin çarmıxa çəkilməsi mövzusunda 1350-ci ildə çəkilmiş əsər - “İki UFO”)
 
Yadplanetlilərlə bağlı maraqlı məqamlardan biri də odur ki, əgər onlar bizləri izləyirsə, mütəmadi olaraq Yerə səfərləredirlərsə, nə üçün bizimlə əlaqə qurmurlar, ünsiyyətə girmirlər? İnsanların yadplanetlilərlə görüşlərinə dair müxtəlif informasiyalar mövcuddur, lakin, onlar elmi cəhətdən öz təsdiqini tapmayıb. Yadplanetlilərdən fərqli olaraq, biz artıq kosmosun müxtəlif istiqamətlərinə öz siqnallarımızı göndəririk, Yerdə həyatın olduğunu kainata çatdırmaqdan çəkinmirik. Hələ 1977-cu ildə buraxılan “Voyager 1” və “Voyager 2” kosmik raketləri Yer haqqında məlumatlar, Yerin Günəş sistemində mövqeyi, və Günəşi qalaktikamızdakı mövqeyi haqqında çoxlu müfəssəl məlumatlar yerləşdirmişdilər. Kosmosa müxtəlif insan səsləri, heyvan səsləri, Yer təbiəti haqqında müxtəlif fotoşəkillər göndərmişdilər”.   
 
 
(İtalyan rəssamı Domenico Girlandayo - "Müqəddəs Giovannino ilə Madonna" tablosu, 15-ci əsr)
 
Araşdırmaçı son olaraq bildirib ki, yaxın on illiklər ərzində elm yadplanetlilər və onların yaşadığı canlı aləm haqqında dəqiq informasiyalara sahib olacaq. Belə ki, yerdən kənar həyatın kəşfi çox uzaqda deyil. 

“Son dövrlərdə müasir radioteleskoplarla kainatın canlı həyat əlaməti olan müxtəlif bölgələrinə Yerdən radiosiqnallar göndərilir. Son riyazi hesablamalara əsasən, təxminən 5-10 il müddətində Yerdən kənar həyatın mövcudluğuna dair ipucları, bunun təsdiqi haqqında məlumatların mütləq olaraq aşkar edilməsi gözlənilir. Bu müddət 25-30 ilə qədər də uzana bilər. Yenə də biz yad planetlərin kəşfinin astanasına olduğumuzu hesab edə bilərik.

Yadplanetlilərlə qarşılacağı halda Yer insanının aqibəti necə olacaq? – bununla bağlı bir fikir yoxdur. Alimlər bundan qaçışın olmadığını bildirirlər”.

 

Törə Zeynal

  

 

 

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Hamısı