Xəbər verdiyimiz kimi, İlon Mask bildirib ki, Tviterdə illərlə aktiv olmayan hesablar silinəcək.
“Biz illərlə fəaliyyət göstərməyən hesabları silirik. Buna görə də sizin abunaəçi sayınız azala bilər” – deyə Mask xəbərdarlıq edib.
Mövzu ilə bağlı Ednews-a açıqlmasında İT mütəxəssisi Pərvin Əsədov qeyd edib ki, illərlə fəaliyyət göstərməyən hesabların silinməsi məqsədəuyğundur.
“İşlədilməyən hesabların silinməsi çox doğru addımdır. Bunun əksinə saxta hesabların sayı azalar. Bu da sosial şəbəkənin reputasiyasına yaxşı təsir edəcək. Yəni, elə hesablar var ki, istifadə edir. Lakin paylaşım etmir. Bu tip hesablara isə hansısa xəbədarlıqlar və yaxud da məhdudlaşdırmalar olacaq”.
Mütəxəssis qeyd edib ki, bu kimi addımın digər platforma qurucularından hələki bir çıxıb və yaxud paylaşım etməyib. Amma tviter bunu edəndən sonra yəqin ki, digər sosial şəbəkələr də edəcək.
Aysel Şahmar