Rus bölməsində Azərbaycan dilində tədris nə dərəcədə effektivdir? Ekspertlərdən ziddiyyətli fikirlər

Elm və texnologiya 16:00 24.05.2023
Yekunlaşmaqda olan tədris ilində rus dili bölməsi üzrə V siniflərdə Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi sınaqdan keçirildi. 
 
Ednews xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində 20 ümumtəhsil məktəbinin V siniflərində “Azərbaycan tarixi” fənninin dövlət dilində tədrisi pilot layihə kimi həyata keçirilib. Nazirlik onu da qeyd edib ki, nəticələr təhlil edildikdən sonra növbəti illər üçün qərar qəbul ediləcək. 
 
Nazirliyin qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bu yeniliyin rus dilli şagirdlərin Azərbaycan tarixi kimi mühüm fənni qavramalarına problem yaradacağını qeyd etsə də, tariximizin dövlət dilində tədrisinə müsbət yanaşanların sayı da az deyil.
 
Məsəyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Ednews-a açıqlamasında bu təcrübənin müsbət nəticələr vermədiyini bildirib. O qeyd edib ki, aparılan ilkin monitorinq və qiymətləndirmələr, pilot layihə davamlı hal alacağı təqdirdə rus bölməsi abituriyentlərinin bu istiqamətdə kifayət qədər problem yaşayacağını göstərir. 
 
“Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunarsa, rus bölməsində oxuyan və ümumiyyətlə rus dilli ailədə böyüyən uşaqların valideynləri ev tapşırıqları ilə bağlı onlara  kömək edə bilməyəcək. Cari il ərzində uşaqların fənni qavraması ilə bağlı problemlər ortaya çıxdı. Hesab edirəm ki, biz rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilində oxuma, yazma, dinləmə, anlama qabiliyyətlərini artırmaq üçün Azərbaycan dili fənninin saatlarını artırmalıyıq. Hazırki situasiyada bu dəyişikliyin effekt verməyəcəyini düşünürəm. Uşaqlarla apardığımız ilkin sınaq qiymətləndirmələrində də uşaqların mövzuları anlama faizinin aşağı olduğunu görürük”. 
 
 
Bu addımı yanlış hesab edən ekspert onu da vurğulayıb ki, tariximizi şagirdlərə məhz onların yaxşı başa düşəcəyi dildə çatdırmaq lazımdır:
 
“Şagirdlərin Azərbaycan tarixini hansı dildə oxumasından asılı olmayaraq öyrəndikləri yenə də öz tariximizdir, biz fənni onlara daha yaxşı anladığı dildə keçməliyik. Oxuduğumuz kitab milli-mənəvi dəyərləri, vətənpərvərliyi özündə əks etdirmirsə, onun hansı dildə tədris olunmasının heç bir fərqi yoxdur. Biz uşaqları yaxşı mütəxəssis kimi yetişdirməliyik, tədris dili heç bir halda buna təsir göstərən faktor deyil. Artıq 5-ci siniflərin Azərbaycan tarixi üzrə nəticələri o qədər də ürəkaçan deyil”. 
 
Ekspert əlavə edib ki, bəzən belə təcrübələr gözlənilən nəticəni vermir, rus bölməsində Azərbaycan dilində tarix fənninin tədrisi şagirdlər üçün çox çətindir.
 
“Vətənpərvərliyin rus ya Azərbaycan bölməsində təhsil almaqla heç bir əlaqəsi yoxdur, zənnimcə.  Sonuncu müharibədə də biz bunun şahidi olduq, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qazi, şəhid olanlar arasında minlərlə rus bölməsindən məzun olmuş şəxslər var idi. 9-cu siniflərdə “Zəfər tarixi” fənni də dövlət dilində tədris olunur, bunu başa düşmək olar, resurs çoxdur”.
 
Tarix müəllimi, AMEA-nın əməkdaşı Faiq Babayev isə fərqli düşünür. O, verdiyi açıqlamada bildirib ki, rus bölmələri Azərbaycan dili, yəni dövlət dilindən qəbul imtahanı verir. Rus bölməsində Azərbaycan tarixi fənninin azərbaycanca davamlı tədrisinə başlanılsa, valideynlər uşaqlarının dövlət dilini yaxşı bilməsi üçün daha çox çalışacaq, buna diqqəti artıracaqlar. 
 
“Dövlət dilimiz yeganə olaraq Azərbaycan dilidir. Bütövlükdə bu addımı bəyənirəm. Lakin əlbəttə ki, bəzi rus bölməsi şagirdlərinin ilk illərdə bu fənni Azərbaycan dilində keçmələri onlara çətinlik törədəcək. Hələ 1993-cü ildə Bakı Avropa Liseyində dərs dediyim zamanlarda rəhbərliyin məqsədi oranı bitirən məzunların seçdikləri bölmədən asılı olmayaraq 3 dili – Azərbaycan, rus, ingilis dillərinin hər birini mükəmməl bilməsi idi. Hətta plan belə idi ki, yuxarı siniflərdə humanitar fənləri hamı azərbaycanca, riyaziyyatı ingiliscə oxusun. Rus bölməsi üçün Azərbaycan tarixi fənni dərslikləri yox idi. Şagirdlər üçün konspekt düzəldirdim və razılaşırdıq ki, dərsə şifahi cavab verərkən çalışsınlar, azərbaycanca danışsınlar. Yəni, praktikada bu çoxdan tətbiq olunub”. 
 
 
F.Babayev qəbul imtahanları zamanı ortaya çıxacaq digər mübahisəli məqama da toxunub:
 
“Əgər bu fənnin Azərbaycan dilində tədrisi hamıya tətbiq olunsa, gələcəkdə qəbul imtahanı verəndə Azərbaycan tarixi ilə bağlı testlər Azərbaycan dilində, digər fənlərdən testlərsə rus dilində olacaq? Belə problemlər yarana bilər. Cəmiyyətimizdə rus dilinə belə aludəçiliyin olması özü böyük bir müzakirə mövzusudur. Məsələn, Tiflisdə rus bölməsi bizdəkindən qat-qat az, yox səviyyəsindədir. Mən bunu postkolonial sindrom adlandırardım. Keçmiş müstəmləkələrdə təəssüf ki, bir çox hallarda metropoliyanın dilini bilmək müasirlik, mədəniyyət, savad göstəricisi sayılır”.
 
 
Törə Zeynal
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Hamısı