Amerika Birləşmiş Ştatları Senatının Lideri Çak Şumer sentyabrın 13-də süni intellektlə bağlı foruma ev sahibliyi edəcəyini təsdiqlədi. Milyarder sahibkar İlon Mask , "Alphabet Inc."-in baş direktoru Sundar Piçai və "Meta Platforms Inc"-in baş direktoru Mark Zukerberq texnologiya liderləri arasında olacaqlar. Bu barədə məlumat Şumerin ofisindən bildirilib.
Ednews xəbər verir ki, digər təsdiqlənmiş qonaqlar arasında Microsoft şrikətinin baş direktoru Satya Nadella, "NVIDIA"-nın baş direktoru Jensen Huang və "OpenAI"-nin baş direktoru Sam Altman da var. Şumer, "AI Insight" Forumunda "işçi, vəkillik, vətəndaş hüquqları və yaradıcı qrupların" rəsmilərini də qəbul edəcəyini söyləyib.
Ülviyyə