Süni intellekt botu "ChatGpt" Almaniyada orta məktəb imtahanından keçib.
Ednews "zdf.de" nəşrinə istinadən xəbər verir ki, Passau Universitetinin alimləri “ChatGPT”nin yeni versiyalarını Bavarian Abitur sınağından keçiriblər.
Bavariya Abitur orta məktəbə qəbul imtahanlarımıza bənzəyən bir imtahandır, lakin tələbələr tərəfindən orta məktəbi bitirmək üçün verilir.
Qeyd edək ki, Tədqiqatda iştirak edən 100-dən çox pedaqoq həm tələbələrin, həm də "ChatGPT"nin sənədlərini qiymətləndirib. Çatbotun göstərdiyi nəticə isə birinci yerdə qərarlaşıb. Müəllimlərin sözlərinə görə, tələbələrin qiymətləri aşağı deyil, lakin “ChatGPT” son dərəcə uğurlu olub.
Əkbər