Azərbaycan sahibkarları mayın 28-30-da Daşkənddə keçiriləcək Özbəkistanın mebel və ağac emalı sənayesində aparıcı tədbiri – 20-ci Beynəlxalq İstehsalat Texnologiyaları, Ağac emalı, Mebel və Komponentlər Sərgisində ("MebelExpo Uzbekistan 2024”) iştirak etməyə dəvət olunub.
Ednews-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, sərgidə ənənəvi olaraq hazır mebel istehsalçıları, həmçinin avadanlıq, komponent materialları, mebel üçün kimyəvi maddələr, fitinqlər, aksesuarlar və sair malların tədarükçüləri iştirak edəcək. Ümumilikdə “MebelExpo Uzbekistan 2024” sərgisində 15 ölkədən 150-dən çox şirkət və brendin iştirakı planlaşdırılır.