Beynəlxalq Kosmik Stansiya 2030-cu ildə məhv ediləcək.
Ednews türk mediasına istinadən xəbər verir ki, stansiya "SpaceX" şirkətinin yaratdığı raket tərəfindən orbitdən uzaqlaşdırılacaq.
24 ildir ki, kosmik araşdırmalara xidmət edən Beynəlxalq Kosmik Stansiya indiyə qədər əsası qoyulmiş ən bahalı və böyük kosmik layihədir.
Məlumat üçün qeyd edək ki, stansiyanın bir çox təchizatları demək olar ki yararsızdır və onu orbitdə saxlamaq üçün xeyli miqdarda enerji sərf olunur. Buna görə də stansiya kosmosun dərinliyinə doğru göndəriləcək.
Fərid