NPR şirkətinin apardığı müstəqil araşdırma nəticəsində "Tiktok" proqramının ekran vaxtını məhdudlaşdırmaq üçün təsis etdiyi alətin effektiv olmadığı üzə çıxıb. Belə ki, alətin istifadəyə başlaması tarixindən bu yana yeniyetmə istifadəçilərin "Tiktok"-dan fasiləsiz istifadəsi orta hesabla 1,5 dəqiqə azalması müəyyən olunub ki, bu da tələblərlə nisbətdə qənaətbəxş göstərici deyil.
Xatırladaq ki, yaxın zamanlarda ABŞ-ın 14 Ştatının baş prokuroru "Tiktok" proqramının yeniyetmələri "asılı hala saldığını" əsas gətirərək ona qarşı iddia qaldırmışdılar.