- Kibertəhlükəsizliyimiz hansı səviyyədədir?

Elm və texnologiya 17:08 11.02.2025

Xəbər verildiyi kimi, son günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi saytına, eləcə də İctimai Televiziyanın (İTV) rəsmi saytına və canlı yayımına haker hücumları olub. Bu da kibertəhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

"EDnyus" xəbər verir ki, mövzu ilə əlaqədar İnformasiya texnologiyaları üzrə ekspert Mehman Xəlilov hesab edir ki, Azərbaycanda dövlət saytlarının mühafizəsi əksər hallarda yüksək səviyyədə təşkil olunub. Bu təhlükəsizliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təmin edir:

“Sadəcə olaraq burada bəzi nüanslar var. Görünən odur ki, gov.az sektorunda yerləşən dövlət saytları bu xidmət tərəfindən qorunur və onlara çox ciddi təhlükəsizlik tədbirləri tətbiq edilir. Dövlət tabeliyində olan, lakin gov.az domenində yerləşməyən qurumlar isə bu müdafiədən kənarda qalır və onların təhlükəsizliyi, belə deyək, öz resursları hesablarına təmin olunur. Məsələn, son haker hücumlarına məruz qalan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və İTV telekanalının saytları gov.az sektorunda deyil. Bu səbəbdən onların kibermühafizəsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin müdafiə şəbəkəsinə daxil deyil. Bu saytların təhlükəsizliyi onların öz IT departamentlərinin və ya başqa kibertəhlükəsizlik xidmətlərinin öhdəsinə düşür”.

Bu cür hücumların qarşısını almaq üçün nə etmək lazımdır?

Mütəxəssisin sözlərinə görə, müstəqil təhlükəsizlik auditi aparılmalı və kibertəhlükəsizlik tədbirləri gücləndirilməlidir:

“Həmçinin daha müasir fayervol (firewall) və DDoS qoruma sistemləri qurulmalıdır. Məlumat sızmalarının qarşısını almaq üçün istifadəçilərin giriş təhlükəsizliyi artırılmalıdır. Cari halda isə, zənnimcə, daha düzgün olanı dövlətə məxsus, lakin gov.az sektorunda olmayan saytların da xüsusi qoruma sisteminə qoşulmasını təmin etmək üçün cari qanunvericiliyin təkmilləşdirilməsi və icrasının təmin edilməsi həm qənaətlilik, həm də dayanıqlılıq baxımından daha effektiv yanaşmadır”.

M.Xəlilov qeyd edib ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) kimi qurumların fəaliyyəti bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir:

“AKTA ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması üçün mühüm rol oynayır. Assosiasiya, həmçinin "Milli Kibertəhlükəsizlik İndeksi" kimi layihələrlə ölkənin kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsinə və inkişafına töhfə verir. Bundan əlavə, Azərbaycanda kibertəhlükəsizlik sahəsi təkcə texniki tədbirlərlə deyil, həm də strateji səviyyədə inkişaf etdirilir. Bunun sübutu kimi, ölkənin 2023–2027-ci illəri əhatə edən İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasını göstərmək olar. Bu sənəd kritik infrastrukturun qorunması, hüquqi bazanın təkmilləşdirilməsi və kibertəhlükəsizlik üzrə əməkdaşlığın genişləndirilməsi kimi mühüm addımları nəzərdə tutur. Belə yanaşma həm dövlət, həm də özəl sektorlarda təhlükəsizliyin artırılmasına kömək edə bilər”.

Ekspert əlavə edib ki, bu nüanslar nəzərə alınmadan təkcə "saytlar hakerlər tərəfindən ələ keçirilir, çünki dövlət saytlarının təhlükəsizliyi zəifdir" demək düzgün olmaz:

“Məsələ daha çox hansı saytların qorunduğu və hansıların bu qorumanın xaricində qalması ilə bağlıdır. Həmçinin nəzərə almaq lazımdır ki, istənilən təhlükəsizlik sisteminin və tədbirlərinin təkmilləşdirilməsi məhz onlara vurulan zərbələrdən sonra baş verir. Haker hücumları və kibertəhlükələr olmasa idi, kibertəhlükəsizlik də yaranıb inkişaf etməzdi. Əsas olanı təhlükəsizlik istiqamətində düzgün əməkdaşlıq formalarının qurulmasıdır ki, tədbirlər daha çox reaktiv deyil, proaktiv olsun, yəni hadisə baş verməzdən əvvəl bütün təhlükəsizlik tədbirləri artıq görülmüş olsun”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Hamısı