Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub

Elm və texnologiya 09:32 16.05.2025

Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 9-cu iclası keçirilib.

 “EDnews” xəbər verir ki, İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, tikinti, quruculuq tədbirlərindən bəhs edərək bu prosesdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Bu ərazilərdə enerji səmərəliliyini və bərpa olunan enerjidən istifadəni təmin edən müasir yanaşmanın tətbiqinin genişlənməsi müsbət qiymətləndirilib. Burada günəş, külək və su elektrik stansiyalarının inşasının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcəyi qeyd olunub.

Ötən iclasda qəbul edilmiş qərarların icrası istiqamətində görülmüş işlərə dair İşçi Qrupun Katibliyi tərəfindən hesabat təqdim olunub. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun 11 şəhər və kəndində cari il ərzində həyata keçirilmiş monitorinqlərin nəticələri barədə məlumat verilib. Burada günəş panelləri və kollektorları, LED əsaslı işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, ağıllı skamyaların quraşdırılması, habelə istilik izolyasiya materialları və enerjiyə qənaət edən lampalardan istifadənin mövcud vəziyyətini əks etdirən göstəricilər diqqətə çatdırılıb. Fərdi yaşayış evləri və inzibati-ictimai binalarda damüstü günəş panellərinin quraşdırılması ilə bağlı İcra Mexanizminə dair təqdimatda isə texniki meyarlar, icra mərhələləri və layihənin genişləndirilməsi imkanlarından bəhs olunub. Şuşa şəhərində qazanxanaların enerji təchizatına dair fikir mübadiləsi aparılıb və bu istiqamətdə gələcək addımlar nəzərdən keçirilib.

İclasda İşçi Qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslər, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azəristiliktəchizat” ASC və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təmsil olunub.

Fatimə Mərdanlı //EDnews 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Hamısı