ABŞ-nin texnologiya nəhəngi "Microsoft" daha 300-dən çox əməkdaşını ixtisar edib.
"EDnews" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Dinamik şəkildə dəyişən bazarda uğurlu fəaliyyət göstərə bilmək üçün təşkilati dəyişiklikləri davam etdiririk", - deyə şirkətin rəsmi nümayəndəsi bildirib.
Bildirilir ki, bu ixtisarlar, may ayında elan edilən altı min nəfərlik kütləvi ixtisarlara əlavə olaraq həyata keçirilib. Şirkət strateji olaraq süni intellekt (Sİ) sahəsinə yönəlməkdə davam edir və bu sahədə artan tələblər, xüsusən də data-mərkəzlərinin enerji təminatı ilə bağlı xərclər büdcədə əsas yükü təşkil edir.
"Microsoft"un baş direktoru Satya Nadella daha əvvəl qeyd etmişdi ki, Sİ artıq əvvəllər insanlar tərəfindən yerinə yetirilən funksiyaları əvəz edə bilir. Bu da ixtisarların əsas səbəblərindən biri kimi göstərilir.