Avropanın Kosmik Agentliyinin səlahiyyətli nümayəndəsinin bildirdiyinə görə, Mars üzərində eniş etməyi planlaşdırılan bu agentliyin tədqiqatçı avadanlığı qəzaya uğrayıb və məhv olub.
Marsda Skayparli adlı tədqiqatçı aparatının eniş etməsi üçün nəzərdə tutulan məkandan Amerikanın NASA agentliyinin çəkdiyi şəkil qəza xəbərini təsdiqləyir.
Tədqiqatçı aparat nəzərdə tutulan sürətdən artıq hərəkət edib və Marsa tez çatıb.
ExoMars planı çərçivəsində Marsa eniş etməsi nəzərdə tutulan tədqiqatçının qəzaya uğraması ilə yanaşı qeyd edək ki, Skayparlini daşıyan bu layihənin ExoMars izləyicisi Marsın orbitinə uğurla daxil olub.
ExoMars Avropa Kosmik Agentliyi ilə Rusiyanın Ruskosmos Kosmik Təşkilatının müştərək layihəsidir.
Artıq ikinci dəfədir ki, Avropanın Mars üzərində tədqiqat aparmaq üzrə layihəsi məğlubiyyətə uğrayır. Bundan öncə də 2003-cü ildə Britaniya istehsalı ola Bigl 2 tədqiqatçı aparatı Mars Ekspressdən ayrıldıqdan sonra heç bir təsir olmadan yoxa çıxdı.
Marsa doğru Yerdən həyata keçirilən tapşırıqların yarısından çoxu məğlubiyyətə uğrayıb. Bir çox tədqiqatçı aparat yolda itib və yaxud eniş zamanı partlayıb.