"Eurasia Diary" Bloomberg-ə istinadən xəbər verir ki, şirkət 300 işçisini ixtisar etmək istəyir.
Son aylarda Twitter rəhbərliyi sosial şəbəkənin satışı haqqında yaxın şirkətlər ilə danışıqlar aparırdı. Mümkün alıcıların siyahısına SalesForce, Google və Disney şirkətləri də daxil edilib. Ancaq sonda şirkətlər mübarizədən imtina edib.
Tvitterin aylıq auditoriyası 300 milyon nəfəri ötüb. Şirkətin bazar kapitallaşdırması 14 milyard dollardan artıqdır.