Moskvada yağan qar Bakı ilə Moskva arasında aviareyslərin həyata keçirilməsinə təsir etməyib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Qeyd ediblər ki, bu gün Bakı-Moskva marşrutu üzrə aviareyslər yola salınıb:
"Bu gün həmin istiqamətdə və əksinə reyslərin təxirə salınması gözlənilmir".
"Yandeks.Cədvəl" portalına əsasən, Moskva aeroportlarında 35 aviareys gecikir və 35 aviareys ləğv edilib.