Yanvarın 27-dən başlayaraq Azərbaycanın əksər bölgələrinə qar yağır.
Təbiətin ağ örpəyə bürünməsi əsrarəngiz qış mənzərələri yaradıb.
Azərbaycanlı peşəkar fotoqraf Lyokinin bu qış Naxçıvan, Quba, Xızı, Qəbələ və Şamaxıda çəkdiyi göz oxşayan mənzərələrini təqdim edirik.
Fotoların bir qismi gecə və dan yeri söküləndə lentə alınıb.