Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində "Dostluq" - Udmurtiya Azərbaycan İctimai Mərkəzinin rəhbəri Zülfüqar Mirzəyev ictimai aktiv fəaliyyət göstərdiyinə və Muxtar Respublikada Azərbaycan-Rusiya əlaqələrinin inkişafında oynadığı vacib rol ilə əlaqədar mükafatlandırılıb.
Zülfüqar Mirzəyevə Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov tərəfindən minnətdarlıq məktubu təqdim olunub.
Qeyd edək ki, Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində "Dostluq" - Udmurtiya Azərbaycan İctimai Mərkəzi 1998-ci ildən fəaliyyətdədir və 10 minə yaxın üzvü var.
2014-cü ildən Zülfüqar Mirzəyev təşkilata sədrlik edir.