Baharın gəlişini ən tez qeyd edən kənd

Cəmiyyət 14:53 18.02.2017
Qədim tarixə malik olan, amma el arasında çox da geniş yayılmayan bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi zaman fərqiylə Azərbaycanın bir sıra bölgələrində keçirilir.
 
Xıdır Nəbi, adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sair təbii proseslərlə müşayiət edilir. Xalq arasında Xıdır Nəbi bir şəxsiyyət olaraq "su, külək və havanın himayəçisi" kimi qəbul edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir.
 
Tovuzun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi mərasimi
 
Ta qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə — 40 gün sürən böyük çilləyə və 20 günlük kiçik çilləyə bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qar-çovğunlu dövrü olan kiçik çillə başlayır. Kiçik çillənin ilk ongünlüyü başa çatdıqdan sonra isə xalq artıq yazın gəlişini, təbiətin yenidən oyanmasını qeyd etmək məqsədilə "Xıdır gecəsi", "Xıdır Nəbi" kimi adlandırdıqları bayramı keçirir.
 
Bu bayram Azərbaycanın bir çox bölgələrində keçirilsə də, onların heç biri Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindəki qədər qeyri-adi və fərqli formada olmur. Yuxarı Öysüzlüdə bayrama hazırlıq hələ 4-5 gün əvvəldən, bayramın əsas simvolu olan qovudun hazırlanması ilə başlayır. Kənd ağbirçəklərindən Cəmilə Həsənova qovud hazırlamaq üçün müəyyən qədər buğda lazım olduğunu deyir. Buğda artlanıb təmizlənir və ocaqda tərs üzünə çevrilmiş sacın içində qovrulur. Qovrulduqdan sonra su dəyirmanına aparılaraq üyüdülür və un halına salınır. Dəyirmandan gətirildikdən sonra isə un bir daha ələkdən keçirilir.
 
Qovudu düzəltmək üçün şərbət hazırlanır, unla qarışdırılır və zövqdən asılı olaraq ona tut bəhməzi (doşab) əlavə edilərək yoğurulur və ovuc içi böyüklüyündə qovud kökələri hazırlanır. Hazırlanan qovud nəzir olaraq qohum-qonşuya, imkansız ailələrə, yol adamlarına paylanılır.
 
Qovudun hazırlanması
 
Bayram gecəsi evdə un və taxıl kisələrinin ağzı açıq qoyulur, inanclara görə Xıdır Nəbi hansı həyətdən öz azuqəsini götürərsə, həmin il o evin ruzi-bərəkəti də bol olar. Bundan başqa, evlər səliqə-səhmana salınır, həyət-baca təmizlənir. "Səliqəsiz evə Xıdır gəlməz" — deyir Cəmilə nənə.
 
Kənd sakini Cəmilə nənə bayram hazırlıqları görərkən
 
Öysüzlünün bayram adətini qeyri-adi edən amillərdən biri də bayram günlərində kənd sakinlərinin elliklə yığışaraq su, torpaq və alovun qovuşduğu məkana, inanc yeri olan "Ocaq çinarı"nın ətrafına toplaşmasıdır. Burada tonqallar, şamlar yandırılar, dilək tutular, şirniyyat, qovud paylanar, əl-ələ tutub ağacın başına dolanarlar. Bayram günlərində "Ocaq çinar"ın ziyarətinə rayonun digər kəndlərinin də sakinləri gəlirlər.
 
Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir. Bu bayram tonqallar, lopalar yandırmaqla, qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinin, torpağın isinib oyanacağının işarəsidir.(sputnik.az)
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Hamısı