Əflatun Amaşov Gürcüstanda səfərdə olub

Cəmiyyət 16:25 29.03.2017
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 25-dən 28-dək Gürcüstanda səfərdə olub.
 
Mətbuat Şurasından verilən məlumata görə, səfərin ilk günündə Ə.Amaşov Kvemo Kartli qubernatoru Paata Xizanişvili ilə görüşüb. Görüşdə soydaşlarımızın kompakt məskunlaşdıqları bölgədə həyata keçirilən islahatlar haqqında, Borçalı türklərinin son illər Gürcüstan cəmiyyətinə inteqrasiyasından, həmçinin dost və qardaş, mehriban ölkələr olan Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından söhbət açıb. P. Xizanişvili bildirib ki, Gürcüstan prezidenti və baş naziri martın 21-də keçirilən Novruz bayramı tədbirində Marneuliyə səfər ediblər, sakinlərə təbriklərini çatdırıblar.
 
Ə.Amaşov soydaşlarımız olan gənclərin Gürcüstanın müxtəlif ali təhsil ocaqlarında təhsil almalarının və dövlət dilini öyrənmələrinin vacibliyini vurğulayıb. O, üç minədək azərbaycanlı tələbənin universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil almalarını sevindirici hal olaraq qiymətləndirib.
 
Səfərin ikinci günündə Ə.Amaşov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüb. Gürcüstan parlamentinin deputatları - Ruslan Hacıyevin, Tamaz Naverianinin və Mahir Dərziyev də iştirak etdikləri görüşdə hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının aktiv və səmərəli fəaliyyət göstərməsi üçün yaxın vaxtlarda təkliflər paketinin işlənib hazırlanması barədə razılığa gəlinib. Bu xüsusda mədəni, idman və digər vacib sahələrdə, həmçinin sərhədyanı ərazilərdə görüşlər və tədbirlərin keçirilməsi üçün planın müəyyənləşdirilməsi qərara alınıb. Ə.Amaşov ilk tədbir kimi Gürcüstanın və Azərbaycan deputatlarının hər iki ölkəyə qarşılıqlı səfərlərinin həyata keçirilməsini irəli sürüb.
 
Ə.Amaşov səfərin növbəti günü Gürcüstanda fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun üzvləri ilə görüşüb. Paytaxt Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə deputat Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafından, bu işə soydaşlarımız olan gənclərin töhfəsindən söz açıb. O, “Ceyran” rəqs qrupuna 20 dəst milli geyim forması hədiyyə edib. Bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Gürcüstandakı soydaşlarımıza dəstəyi bununla kifayətlənməyəcək. Bu cür yardımlar davamlı olacaq.
 
Rəqs qrupunun rəhbəri Ceyran Qurbanova məlumat verib ki, qrupda azərbaycanlılarla yanaşı, gürcülər də çalışırlar, milli rəqslərimizi öyrənirlər. Bu isə hər iki xalq arasında dostluq və mədəni əlaqələrin inkişafından, qarşlıqlı inam və etimaddan qaynaqlanır.
 
Ə.Amaşov həmçinin M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə kitablar hədiyyə edib.
 
Deputat martın 28-də həmçinin azərbaycanlıların kompakt yaşadığı Marneulidə yeni açılan Mərkəzi Kitabxanaya da 1048 kitab hədiyyə edib. Həmin gün kitabxanada düzənlənmiş tədbirdə Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, rayon icra hakimiyyətinin başçısı Akif Əliyev və başqaları iştikar ediblər.
 
Ə.Amaşov çıxışında vurğulayıb ki, Azərbaycan dövlətinin məqsədi Gürcüstanda yaşayan soydaşlarımızın hərtərəfli inkişafıdır. Bunun üçün isə azərbaycanlı oxucuları da kitabxanalara cəlb etmək vacibdir.
 
Ə.Amaşov Gürcüstanda nəşr olunan Azərbaycandilli “Region Press” qəzetinin redaktoru Binnət Məmmədovu və ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğlunu rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif edilib. O bildirib ki, həm N.Almazoğlu, həm də B.Məmmədov uzun illərdir, media sahəsində səmərəli fəaliyyət göstərməkdədirlər. Bu şəxslərin əməyi Azərbaycan jurnalistikasının inkişafına töhfədir. Həmçinin iki qonşu ölkələr arasında münasibətlərin dərinləşməsinə, Azərbaycan və gürcü xalqının bir-birinə daha sıx şəkildə bağlanması istiqamətində həyata keçirilən fəaliyyətə dəstəkdir. Bununla yanaşı jurnalistlərin Gürcüstanda yaşayan soydaşlarımızın durumuna həssas yanaşmaları, onların üzləşdikləri çətinlikləri daim gündəmdə saxlamaları mühüm peşəkarlıq keyfiyyətidir.
 
B.Məmmədov və N.Almazoğlu çıxışlarında əməklərinə verilən dəyərdən məmnunluqlarını ifadə ediblər.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı