Həccdən qayıdan qadın Bakıda hansı oyunlardan çıxdı İnanılmaz faktlar

Cəmiyyət 21:41 12.08.2017

Müqəddəs torpaqlara qədəm qoymuş, Məkkəni birlikdə ziyarət etmiş 17 illik rəfiqələri düşmənə çevirən əsas səbəb birinin aldatması, digərinin isə ona aldanması olub.

Günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Allaha inanan, ona iman gətirən, ibadət əhli olduğunu deyən birinin “mənə vergi verilib, “xram” adlanan ruhun səni bütün bədbəxtliklərdən qoruyacağını xahiş edəcəyəm” deməsi isə açıq-aydın şirkdir.

Həcc ziyarətinə gedən bu iki xanım isə bunu vaxtında anlasaydılar, indi biri müflis, digəri dəmir barmaqlıqlar arxasında olmazdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 36 yaşlı Sahilə Atamovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.orgsaytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

Altı il öncə Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 min manatlıq qızıl-zinət əşyaları oğurlanır. Oğurluq faktı ilə bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanılır. Hadisədən 5 il sonra, ötən ilin avqust ayında oğurluqda şübhəli bilinən ev sahibinin arvadı Elnurə Quliyeva və onun tanışı Sahilə Atamova saxlanılaraq Xətai Rayon Polis İdarəsinə təhvil verilir.

Məlum olur ki, sözügedən oğurluq hadisəsi ev sahibəsinin öz razılığı ilə həyata keçirilib. Bu haqda bir qədər sonra...

 

Oğurluq, dələduzluq, qeybə çəkilən yüz minlərlə məbləğ

İstintaqla müəyyən edilib ki, Sahilə Atamova rəfiqəsi Elnurə Əhmədovaya doğmalarının öləcəyini, baş verəcək bədbəxtlikdən “xram” adlanan ruha onları qoruyacağını xahiş edəcəyini inandırmaqla külli miqdarda pulu ələ keçirib.

Oğurluq hadisəsinə gəlincə isə, mənzildəki qızıl-zinət əşyalarını verməyəcəyi təqdirdə bədbəxtliyin qaçılmaz olduğunu bildirib. E.Əhmədovanın etibarından sui-istifadə etməklə istintaqa məlum olmayan şəxslə əlbir olaraq, Zəfər Quliyevə məxsus Bakı şəhəri, S.Orucov küçəsi, 1184 ünvanındakı mənzildən 110 min manatlıq qızıl-zinət əşyalarını “aparıb”.

Amma bununla da kifayətlənməyib. İş o yerə çatıb ki, qadın hətta bacısına məxsus mənzili belə sataraq pulları rəfiqəsinə verib.

 

“Xramın olması barədə deyilənlər boş söhbətlərdir”

Təqsirləndirilən şəxs qismində dindirilən Sahilə Atamova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Elnurə Əhmədovanı 2001-ci ildən tanıdığını, həyat yoldaşının dostunun arvadı olduğunu, bir-birlərinin evinə gedib-gəldiklərini göstərib: “Namaz qılırdım, Elnurəni də öyrətmişdim. Bir yerdə Həcc ziyarətinə getmişdik. Pula ehtiyacım olduğundan müxtəlif vaxtlarda Elnurədən pul almışam. Elnurə müalicə xərclərimin ödənilməsinə köməklik edirdi”.

S.Atamova ona vergi verilməsini, səslərin gəlməsini, “xram”ın olması barədə deyilənləri cəfəngiyat adlandırıb: “Elnurəyə belə bir söz deməmişəm. Hamısı boş söhbətlərdir. Elnurənin evindən yoxa çıxmış qızılları və pulları özü vermişdi ki, satım xərcləyim. Onların evindən qızılları mən oğurlamamışam. O qızılları Elnurə mənə özü verib. Hamısını satmışam”.

 

“Hər şeyi “xram” özü həll edəcək”

Zərərçəkmiş Zəfər Quliyev ifadəsində göstərib ki, baş vermiş oğurluqla bağlı həyat yoldaşının ona “açar qapının üstündə qalıbmış” deməsinə inanıb. Hadisədən beş il sonra cütlük rəsmi qaydada ayrılıb. Elnurə keçmiş həyat yoldaşına hər şeyi etiraf edib: “Sahilə Elnurəyə deyib ki, qapını açıq qoyub getsin, onlar gəlib evi dağıdacaqlar, sonra “xram” özü hər şeyi həll edəcək. Deyirmiş ki, pul verməsən, qaynanan, ərin öləcək. Bu yolla da Elnurədən külli miqdarda pul qoparıb. Sahilə təxminən 130-140 min manat əmlakımızı ələ keçirib”.

Zəfər Quliyevlə Elnurə Əhmədova 2002-ci ildə ailə qurublar. Birgə nikahdan iki övladları dünyaya gəlib. On dörd il sonra isə rəsmi şəkildə ayrılıblar.

 

“Həcc ziyarətindən qayıdandan sonra dedi ki, mənə vergi verilib”

E.Əhmədova ifadəsində Z.Quliyevin uşaqlıq dostunun arvadı Sahilə Atamova ilə yaxın münasibətləri, ailəvi gediş-gəlişləri olduğunu göstərib. 2010-cu ildə birlikdə Səudiyyə Ərəbistanına - Həcc ziyarətinə yollanıblar. Ziyarətdən qayıtdıqdan bir müddət sonra Sahilə ona vergi verildiyini, “xram”dan səslər gəldiyini deyib:

”Bir dəfə bizdə olanda ağzı köpükləndi. Dedim belə eləmə, qorxuram. Sahilə görürdü ki, onun hərəkətləri mənə təsir edir. Deyirdi ki, ərin, balaların öləcək, qəzada tikə-tikə olacaq. Bu yolla müxtəlf vaxtlarda məndən beş min manata kimi pul aldı”.

 

“Şubanı yandırmasan, sənə zərər gələcək”

Həmin ərəfədə Elnurənin bahalı şuba almağı S.Atamovanın gözündən yayınmayıb. O, “bunu təmizləyib yandırmaq lazımdır, yoxsa sənə zərər toxunacaq” deyib. Rəfiqəsinin sözlərinə inanan Elnurə xəz gödəkçəni ona verib. Amma bir müddət sonra özünə məxsus olan kürkü Sahilənin əynində görüb. Şubanı niyə yandırmadığını soruşduqda “təmizlədim, yandırmağa ehtiyac olmadı, mənə zərər gəlməz, amma sən geyinsən sənə zərər gətirər” deməklə kifayətlənib:

”O vaxtdan da kürküm onda qaldı. Pulu qurtaranda deyirdi ki, evdəki qızıllardan ver, yoxsa uşaqların, ərin öləcək. Qızıllar seyfdə idi, Zəfər də hər dəfə seyfə baxırdı. Dedi ki, evdə qiymətli nə varsa, bir çantaya yığ, açarı qıfılın üstündə qoy ki, guya yadından çıxıb, gəlib çantanı götürəcəyəm”.

 

“Xram” gəlib qızılları özü götürəcək”

Rəfiqəsinin dediklərinə əməl edən E.Əhmədova seyfdəki qızıl-zinət əşyalarını bir çantaya yığır. Sonrasa evdən çıxması barədə ona mesaj göndərir. Ev sahibi həmin vaxt işdə, uşaqlarsa məktəbdə olur: “Evdən çıxanda qapını örtdüm, amma bağlamadım, açar qapının üstündə qaldı. Sürücü məni xəstəxanaya apardı. Yolda Zəfərə zəng vurub dedim ki, deyəsən açar qapının üstündə qalıb, binanın komendantına desin ki, gedib evə baş çəksin. Sonradan Zəfər evə gələndə oğurluq baş verdiyini aşkar edib”.

 

“Ərinin ömrünə az qalıb, öləcək, oğlunu oğurlayacaqlar, evin yanacaq”

E.Əhmədova ifadəsində istintaq zamanı Sahilədən qorxduğuna görə bəzi şeyləri müstəntiqdən gizlətdiyini bildirib:

“Oğurluq hadisəsindən sonra yenə də məndən pul alırdı. Gözəllik salonunda mənimlə bir yerdə işləyən Şəms adlı qıza 100 min manat vermişdim ki, aparıb Sahiləyə çatdırsın. 70 min manat pulu da anam və qaynanam vasitəsilə Sahiləyə göndərmişdim. İstintaq zamanı bunları müstəntiqə demədim. Çünki qorxurdum. Sahilə məni qorxudurdu. Ad günümə bağışlanan qızılları işlədiyim salonda meyvə qabının içərisində saxlayırdım. Sahilənin bacısı qızı gəlib o qızılları meyvə qabı ilə bir yerdə apardı xalasına. Mənə deyirdi ki, pul verməsən ərin öləcək, ömrü azalıb, oğlunu oğurlayacaqlar, evin yanacaq. Həmin vaxt oğlum Londonda idi. Pul axtarırdım ki, Sahiləyə verim, hər şey yaxşı olsun”.

 

“Yaxınlarını “xram” adlanan ruhun vasitəsilə ölümdən qurtarıram”

Zərərçəkmiş ifadəsində Sahilənin onu aldadaraq yaxınlarını “xram” adlanan ruhun vasitəsilə qoruduğunu, onları ölümdən qurtardığını, buna görə də, pul vermək lazım olduğuna inandırıb:

“Sahilənin təsiri altına düşmüşdüm, ona inanırdım. Müxtəlif vaxtlarda Sahilə 170 min manat pul vermişəm, həmin pulların bir qismini müxtəlif şəxslərdən borc almışam”.

 

“Pulu verəndə üzünə baxma, bədənindəki enerji həmin adama keçər”

Sahilənin baldızı Təranə Atamova da qardaşı arvadının dələduzluğu ilə üzləşib. Gəlin-baldız arasında münasibətlər də elə bundan sonra pozulub. Belə ki, indiyə qədər ailə həyatı qurmayan Təranənin bəxtinin açılması üçün yollar “axtaran” Sahilə onu Hafizə adlı cuhud bir qadınla tanış edəcəyini bildirib. Məhz həmin qadının vasitəsilə Təranəni və onun ailəsini şər qüvvələrdən, pis insanlardan qoruyacağına inandırıb:

“Özünü Hafizə kimi təqdim edən qadın telefonda mənə ailəmdə problemlər olduğunu, onları yoluna qoymaq üçün pul vermək lazım olduğunu, bundan sonra işlərinin düzələcəyini dedi. Dedi ki, bir nəfər yanına gələcək, pulu ona ver, amma üzünə baxma, yoxsa bədənində olan enerji həmin adama keçər. Onun dediyi kimi elədim. İş yerinin qabağında həmin oğlana 1500 manat verdim”.

 

“O qədər borc almışdım ki…”

T.Atamovanın sözlərinə görə, əvvəllər öz pulunu, sonralar isə işçilərdən borc aldığı pulu Hafizə adlı qadının göndərdiyi oğlana verib. Bu yolla ondan 82 min manat pul alınıb. Bu pulların Lənkəran rayonuna göndərildiyini deyilib:

“Hafizə deyirdi ki, axırda iş bağlananda 100 min manat gətirəcək və mən borclarımı qaytaracağam. O qədər borc almışdım ki, artıq iş yoldaşlarım məni incidir, polisə şikayət edəcəkləri ilə hədələyirdilər. Hərdən Hafizənin yerinə onun tanışları Zahir və Tahir adlı şəxslər danışırdılar. Nə Hafizəni, nə də Zahirgili heç vaxt görməmişəm. Yalnız telefonla əlaqə saxlamışam”.

İstintaq zamanı məlum olub ki, Sahilənin tapşırığı ilə taksi sürücüsü Vaqif Hüseynov dəfələrlə Təranədən aldığı pulları ona çatdırıb:

”Təranə deyirdi ki, apar pulları ver xanıma. Bu barədə Sahilədən soruşduqda dedi ki, xanım onun özüdür. Hafizə, Zahir və Tahir adlı şəxsləri tanımıram”.

 

Sosial şəbəkədə tanışlıq 14 min dollara başa gəldi

Sahilə Atamovanın toruna düşənlərdən biri də sosial şəbəkədə tanış olduğu Tural Həsənov olub. Belə ki, T.Həsənov üç-dörd il öncə “Facebook” sosial şəbəkəsində Günay Həsənova adlı şəxlə yazışmağa başlayıb. Ötən ilin aprel ayında bir-iki dəfə görüşüb söhbət ediblər, bulvarda gəzişiblər:

“Günayla bir neçə dəfə “Skype” vasitəsilə danışmışam. Bir dəfə danışanda dedi ki, uşağının hərarəti qalxıb, aparıblar xəstəxanaya, analizlərini Türkiyəyə göndəriblər. Sonra dedi ki, cavablar gəlib, qızında ilik xəstəliyi var, donor transplantasiyası olunmalıdır. Bu əməliyyat üçün 85 min manat lazım olduğunu, 25 min manat çatmadığını, əgər əməliyyat olunmazsa uşaq öləcəyini deyirdi. Qızının fotoşəkillərini də göstərmişdi. Yazığım gəldi, birtəhər pul toplayıb 14 min dollar aparıb verdim. Pulu bir ay müddətinə qaytaracağını dedi, inandım. Günayla tez-tez “Skype”da və telefonda danışırdım, deyirdi uşaq əməliyyat olunub, Bakıya qayıdacaqlar. Bakıya gələndən sonra gah Sumqayıtdakı evini satıb pulu satıb qaytaracağını, gah da Ukraynadakı qardaşlarının pul göndərəcəyini dedi”.

Pulunu geri ala bilməyən T. Həsənov ötən ilin avqust ayında polisə müraciət edib. Sonradan məlum olub ki, özünü Günay Həsənova kimi təqdim edən şəxs əslində Sahilə Atamova olub.

Məhkəmə prosesi davam edir.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Hamısı