“Daşbaşı əməliyyatı”nın ağır izləri – 24 illik nisgil Ağayev Ramizin xatirəsinə…

Cəmiyyət 10:53 15.08.2017

1993-cü ilin  avqustu.  Xatırlamaq istəmədiyim və indiyədək xatırlamağa belə qorxduğum günlər oldu. O zaman mənim 6 yaşım var idi. Çox şeyin fərqində deyildim. Amma bir şeyi xatırlayıram ki,  düşmən evlərimizi dayanmadan atəşə tutmuşdu. Qəlpələr dolu kimi ətrafa yayılırdı. Suriyada çəkilən kadrlarda gördüyümüz bombardman səhnələri Cəbrayılda, qaldığımız məhəllədə yaşanırdı. Uzaq yerdən fitildəyə-fitildəyə gəlib hədəfə dəyəndə gurultu yaradan bombalar göydə uçuşurdu. Nənəmgilin həyəti çox böyük idi. Bir onu xatırlayıram ki,  uşaqlar əl-ayağa dolaşmasın deyə onları sığınacağa salıb ağzını bağlayırdılar. Evin böyükləri həmin an məni tövləyə atmışdılar. Gurultudan dayanmaq olmurdu. Hərə bir tərəfə qaçmışdı. Var gücümlə çığırır,  ağlayırdım. Həmin an hərbi geyimdə yolunu hər dəfə gözlədiyim dostum, əmim girdi içəri. “Məni qucağına alıb sakitləşdirdi”. Bu mənim onu gördüyüm son gün oldu. Ondan sonra yaşananları xatırlamıram. Məni qırat qəlpələrindən qorumaq üçün rayonun başqa bir kəndinə,  hündür dağlıq ərazidə yerləşən nənəmin qohumugilə aparmışdılar. Həmin gün bizim evdən heç kəs yanımda yox idi. Mənə də heç nə deyilməmişdi.  Bir səhnəni xatırlayıram ki,  hər kəsin səsi batmışdı.  Evdəki qadınların üzləri cırıq-cırıq idi. Anam və bibim məni öpərək dağdan endilər, xeyli arxalarınca baxdım və onlar gözdən itdi…

Sən demə mənim ölümünü Bakıda qəbul edə biləcəyim əmim elə həmin gün şəhid olmuşdu. Evdəkilər əmimi necə çox istədiyimi bilərək mənə bu haqda heç nə deməmişdilər.

Ağayev Ramiz Eldar oğlu 1973-cü ilin 31 yanvarında Cəbrayıl rayonunun Yarəhmədli kəndində dünyaya gəlib. 1991-ci ildə Cəmil Əhmədov adına şəhər orta məktəbini bitirəndən sonra peşəkar hərbçi olmaq istəyilə Bakıya gələrək sənədlərini ali hərbi məktəbə verir. Məqsədinə nail ola bilməyən Ramiz rayona qayıdaraq əsgərliyə getmək üçün hərbi komissarlığa müraciət edir.   1992-ci ilin iyul ayından Cəbrayıldakı  “N” hərbi alayında xidmətə başlayır.  Ramiz ilk günlərdən böyük həvəslə postlara gedir və hərbi marağı ona güc gəlir. Tezliklə bütün silahların dilini öyrənir və rayona yenicə gətirilmiş ZP-lərin mahir atıcısına çevrilir.  1992-ci il iyunun 28-də Sur və avqustun 15-də Şişqaya əməliyyatlarında yaxından iştirak edir,  düşmənə qan uddurur.  Sonrakı əməliyyatlarda Nüsus, Quşçular, Sirik postlarında böyük qəhrəmanlıqla vuruşur. 

Ramizin son döyüşü 1993-cü ilin 15 avqustunda Xocavənd rayonu, Daşbaşı postunda olur. 21 nəfər döyüşçü ilə birlikdə düşmənlə ölüm-dirim savaşına girirlər. Həmin vaxt Ağdam ermənilər tərəfindən işğal edilmiş, Füzuli və Cəbrayılın müdafiəsi uğrunda qanlı döyüşlər gedirdi. 

Rəşadətli ölüm yaxında idi. Ermənilər gecə saatlarında Daşbaşını mühasirəyə alıb postu götürdükdən sonar burada öldürülən 21 nəfərin meyitini yan-yana qoyaraq zəncirli traktoru onların üstündən sürüb keçir. Həmin vaxt Daşbaşı əməliyyatının uğursuz nəticələnməsinə görə məsuliyyəti “sapı özümüzdən olan baltalar” daşıyırdı. Erməni təkbaşına heç cürə Daşbaşı postunu ələ keçirə bilməzdi.  Daşbaşı əməliyyatından həmin postda döyüşən 3 nəfər əvvəlcədən canını qurtara bilir. Döyüşçü dostlarından biri Ramizə postu tərk etməyi və onlara qoşulub qaçmağı məsləhət görür. “ZP”nin rayonda yeganə mahir atıcısı olan Ramiz postda qalmağı seçir və digər döyüşçü dostları ilə şiddətli döyüşdə iştirak edir və qəhrəmancasına həlak olur.  Ramizlə birlikdə 21 nəfər döyüşçünün meyidi Qubadlıdan köməyə gəlmiş batalyonun sayəsində postdan götürülür.   

Böyük əmim  İsax Ağayev həmin gərgin gecədən danışarkən qeyd edir:

Avqustun 16-da səhər-səhər Ramizin ölüm xəbərini eşitdik. Ermənilər güclü hücuma keçərək Daşbaşı kəndində yüksəklikləri ələ keçiriblər. Əsgərlərin meyiti isə postda qalıb. Günortaüstü Qubadlıdan kömək gəldi və qanlı döyüşlər başladı.  Bir neçə saat davam edən gərgin döyüşlərdən sonra düşmən geri çəkildi və şəhidlərin cəsədləri götürüldü. Ermənilər meyitləri pis günə salmışdılar. Bəzilərinin başını bədənindən ayırmış,  bəzilərinin isə qollarını,  ayaqlarını kəsmişdilər.  Qaranlıq düşəndən sonra cəsədləri aşağı endirdik.  Gecə yarıdan keçmiş maşın işiğına kənd qəbiristanlığında dəfn etdik.  Ertəsi gün isə Cəbrayılı işğal etdilər”.  

Bizim Bakıya hansı əziyyətlərlə gəldiyimiz haqda yazmayacam. İndiyədək dəfələrlə yazmağa cəhd etdiyim, amma dilə gətirib yaza bilməyəcəyim çox şey var. Biz müharibə uşaqları psixologiyası pozulmuş,  uşaqlıq çağları əlindən alınmış, uşaq olmadan böyümüş insanlarıq.

Nənəmin anası Ramiz əmimin vaxtsız ölümünə ağlaya-ağlaya görmə qabiliyyətini itirdi. Dünyadan gözü açıq getdi. Babam isə  xəstə yatağında ölümlə pəncələşərkən belə “Ramiz, oğlum gəlirəm” deyə-deyə bu dünyanı tərk etdi. Əmimin qəbri Cəbrayıldadır. Hər il 15 avqust məzarı burda olmayan şəhidin xatirəsi həmişəki təntənə ilə yad edilir. 24 il ötməsinə baxmayaraq bu gün də nənəm şəhid oğlunun şəklini bağrına basaraq ona ağı deyir.  Qohum-əqrəba şəhidlərin xatirəsinə həsr edilmiş ehsan süfrəsinə yığışır.

Nənəmin anasının və babamın dəfn edildiyi Batamdart qəbiristanlığında Ramiz əmimin də şəkili var. Hər dəfə 15 avqustda və 31 yanvarda əmimin xatirəsi anılır.

Nənəm hey deyirdi ki,  kaş ki məzarının üstündə doyunca ağlaya bilərdim. Torpağından bir ovuc götürüb qoxlaya bilərdim, bağrıma basardım,  sənin ətrini torpaqdan alardım. 

Cəbrayıl torpağını qoxlamaq necə olur? O torpaq nə rəngdədir?

2017-ci ilin qışı idi. Beynəlxalq Avrasıya Mətbuat Fondunun təşkilatçılığı ilə Ayaz Mirzəyev də başda olmaqla bir qrup fond işçisi erməni işğalından yeni azad edilmiş Cocuq Mərcanlıya səfər etdi. (http://eurasiadiary.com/az/news/analytical-wing/105766-ag-gunlerin-soraqcisi-qar) O zaman Ayaz müəllimdən tək istəyim oldu. “Nənəm üçün Cəbrayıl torpağı gətir,  balasının qoxusunu torpaqdan almaq istəyir”. Ayaz müəllim çətinliklə də olsa mənə torpaq gətirmişdi.  Bir sellofan torpaq həyatımda aldığım ən dəyərli hədiyyə idi. Qış torpağı nənəmin baharı idi. Nənəmin torpağı qoxlayaraq öpmə səhnəsi gözlərimin önündən getmədi. Həmin torpağın bir hissəsi indi əmimin də şəkli olduğu Batamdart qəbiristanlığındadır. Nənəmə elə gəlir ki, onun oğlu artıq ordadır.

Nənəmin 80 yaşı var. Ən böyük arzusu gözlərini yummadan öncə Cəbrayıla qayıtmaqdır. 24 il gözü yolda qalan ananın səbri tükənməkdədir. Allah torpaqlarımızın işğaldan azad ediləcəyi günü, şəhidlərimizin qəbrinin ziyarət ediləcəyi günü bizə tez nəsib eyləsin!

Vüsalə Ağayeva Əlövsətqızı

Əmimdən bizə qalan sadəcə bu şəkillər oldu:

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Hamısı