“Azərbaycanın Prezidentindən e-mail almışam” Lütfi Zadənin oğlu

Cəmiyyət 18:05 16.08.2017

Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn edilmək haqqında vəsiyyəti xeyli müzakirələrə səbəb oldu.

Onun oğlu Norman Zadə bütün məsələlərə birdəfəlik aydınlıq gətirmək üçün özü AzVision.az ilə əlaqə saxlayıb.

- Hazırda atanızın sağlamlıq vəziyyəti necədir? 

- Burada ona çox yaxşı baxırlar, bütün ehtiyaclarını qarşılayırlar. Ancaq təəssüf ki, insan yaşlandıqca qarşılaşdığı problemlər də çoxalır. O vaxtının böyük hissəsini yataqda keçirir, çox hərəkət etmir. Xəstəliyin öhdəsindən gəlməyə çalışsa da, yaş öz sözünü deyir: Onun 97 yaşı var. 

- Atanızın Azərbaycanda dəfn edilmək arzusu ilə bağlı nə etməyi düşünürsünüz?

- Mən Azərbaycanın Los-Anclesdəki konsulluğuna müraciət etməyi planlaşdırıram. Anladığım qədəriylə, Azərbaycan prezidenti də onun Bakıda dəfn edilməsini istəyir. Bu barədə Azərbaycan Respublikasının prezidentindən e-mail də almışam. Atamın dünyadan köçəcəyi həmin qorxunc gün gəldiyi zaman onun nəşinin Bakıya göndərilməsini təşkil edəcəyəm. İnanıram ki, professor Şahnaz xanım da bu işdə mənə kömək edəcək.

- Siz professor Şahnaz Şabanovanı haradan tanıyırsınız?

- Şahnaz xanım mənim atamın dostudur və atamın qayğısına qalır. Mən onu, sadəcə, bir və ya iki dəfə görmüşəm. İnanıram ki, o, atamın nəşinin Azərbaycana göndərilməsinsdə mənə kömək edəcək. Bu haqda konsulla görüş zamanı ətraflı məlumat alacam. Ola bilsin ki, mən işi Şahnaz xanımla yox, bir başa konsulluqla həll edim.

- Bəziləri ona görə atanızın Azərbaycanda basdırılmaq istədiyinə inanmırlar ki, ananız ABŞ-da dəfn edilib…

- Əslində, onlar hər ikisi yandırılmaq istəyirdilər. Bu, o deməkdir ki, onlar küllərinin basdırılmasını istəyirdilər. Mən də istərdim ki, onları yan-yana ABŞ torpağında dəfn edəm. Ancaq atam fikrini dəyişdi və Azərbaycanda dəfn olunmaq istədi. Mənə, sadəcə, onların arzularını yerinə yetirmək qalır və bununla bağlı deyə biləcəyim heç nə yoxdur.

Anamın Azərbaycanda dəfn edilməsi üçün heç bir səbəb yox idi. Eləcə də, əgər atam ömrünün sonlarına yaxın Azərbaycanda ABŞ-dan daha çox sevildiyini anlayıbsa, düşünürəm ki, bu arzusu heç də əsassız deyil. O, azərbaycanlıdır, Azərbaycanda doğulub və orada dəfn olunmaq istəməsi tamamilə məntiqli addımdır. 

- Bu məsələyə müxtəlif yanaşmalar oldu… Bəziləri deyir ki, Lütfi Zadə Azərbaycanı sevmir.

- O, Azərbaycanı çox sevir. Əgər uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadığı halda, Azərbaycanda dəfn edilmək istəyirsə, deməli, Azərbaycana bağıldır. Onun öz həyatını dərindən götür-qoy etməsi üçün xeyli vaxtı olub. Atam ABŞ-ı çox sevir, ancaq əminəm ki, Azərbaycanı daha çox sevir.

- Özünüz Azərbaycanı doğma vətən hesab edirsinizmi?

- Düşünmürəm ki, Azərbaycan mənim ana vətənimdir. Mən Azərbaycanda doğulmamışam və heç vaxt olmamışam. Ancaq əgər atam Azərbaycanı və azərbaycanlıları bu qədər çox sevirsə, istər-istəməz məndə də azərbaycanlılarla bağlı xoş hisslər yaranır. Azərbaycanlıların məni sevdiyini bilirəm. Onlar “Facebook” sosial şəbəkəsində mənə dostluq sorğusu göndərirlər və bu, mənim xoşuma gəlir. 

Bildiyiniz kimi, ABŞ-da müəyyən qrup insanların müsəlmanlara münasibəti ilə bağlı problemlər var. Amma mən Kaliforniyada yaşayıram. Kaliforniya Orta Qərbi ABŞ-da ağdərili amerikalıların elə də çox olmadığı və anlayışlı insanların məskunlaşdığı bir yerdir.

Professor Arthur F. Veinottun Stanford Fakültəsinə gəlişini qeyd edirik.(Profesor Donald Iglehart və həyat yoldaşı) 

- Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?

- Bu, mənim arzumdur, ancaq Azərbaycana gəlmək ehtimalım o qədər də real görünmür, çünki mən uzunmüddətli uçuşları sevmirəm. Ancaq təbii ki, belə bir səfər alınsa, çox yaxşı olardı. Əlbəttə ki, ABŞ-da da heç də hamı məni və ya atamı sevmir. Azərbaycanlılar mənə və atama çox hörmətlə yanaşırlar və bu, məndə onlara qarşı simpatiya yaradır.

Əgər Bakıya gəlib oranı bəyənsəm, bəlkə də, orada yaşaya bilərəm. Bakını görmədən orada yaşaya biləcəyimi demək çətindir. ABŞ-da çoxlu dostlarım var və burada rahatam.

- Oradakı işinizlə bağlı danışardınız…

- Pulumun böyük hissəsini investisiya üzrə menecer kimi qazanmışam. Mənim hedc-fondlarda kifayət qədər vəsaitim var idi. Sonra təəssüflər olsun ki, vəziyyət pisləşdi. Mən “Perfect 10” adlı jurnal buraxırdım. Ancaq ABŞ məhkəməsi ədalətsiz şəkildə jurnalı əlimdən aldı. İnsanlar bizim şəkillərimizdən icazəmiz olmadan istifadə ediblər. Burada hakimlərin işləri başlarından aşır. Fikrimcə, onlar yalnışlığa yol verdilər və bu da jurnalımın nəşrinin dayandırılması ilə nəticələndi. Hazırda isə əvvəllər məşğul olduğum işə - yəni investisiya üzrə menecerliyə qayıtmışam. Xoşbəxtlikdən, işlərim kifayət qədər yaxşı gedir, ən azından, hələ ki, belədir. Amma bilmək olmaz ki, bu, həmişə belə davam edəcək, ya yox.

- Yenə də poker oynamağı xoşlayırsınız?

- Pokeri hər zaman sevmişəm. Ancaq mən həmişə harada dayanmalı olduğumu da bilmişəm. Başqa sözlə, həyatımın müəyyən dövrlərində poker oynamaqla pul qazana bilmişəm. 

Mən həm də nərd həvəskarıyam. Dünyaca məşhur poker oyunçusu Cenifer Tilli ilə də nərd oynamışam. O, çox yaxşı insandır. Mən pokeri daha çox riyazi cəhətdən qavramağa çalışıram. Əgər sən yaxşı bir poker oyunçusu olmaq istəyirsənsə, qorxmadan rəqibi aldatmağı bacarmalısan. Riskə getməyi bacarmalı və 10 min dollarlıq mərcə girə bilməlisən. Mən bunu o qədər də yaxşı bacarmıram. Mən heç vaxt böyük bir poker oyunçusu olmaq istəməmişəm, çünki yalan danışa bilmirəm. Bu oyun isə blef üzərində qurulub. Üz ifadəni dəyişmədən yalan deməyi bacarmalısan. Ona görə nərdi pokerdən daha yaxşı oynayıram. Çünki nərddə yalan deməyə ehtiyac yoxdur. Orada, sadəcə olaraq, doğru gedişi tapmaq lazımdır. Qumarda bir sistem yoxdur, sadəcə, insanları yaxşı tanımaq lazımdır. Bu isə məndə yaxşı alınmır.

- Atanızın Azərbaycandan olan dostu Rafiq Əliyevi tanıyırsınız? 

- Ola bilsin ki, nə vaxtsa onunla görüşmüşəm. Adı xatırlaya bilmirəm. 

- Öz ailəniz haqqında nə söyləyə bilərsiniz?

- Övladım yoxdur. Evli olmamışam. Stella adlı bacım dünyasını 62 yaşında dəyişib. O, jurnalist idi. 

- Babanız haqqında nə deyə bilərsiniz? 

- Babam Rahim çox gözəl insan olub. Dəqiq bilmirəm, Türkiyədə, yoxsa İranda anadan olub. Bir müddət jurnalist kimi çalışıb. Xəzər dənizindən kürü idxal edib.

- Atanızla əlaqəniz nə dərəcədə sıxdır?

- Atam Kaliforniyanın şimalında, Berklidə yaşayır. Mən isə Los-Ancelesdə yaşayıram. İki həftə öncə atama baş çəkmişəm. Həftədə ən azı iki dəfə baxıcıları ilə əlaqə saxlayıram. Hesablara nəzarət edir və mütəmadi olaraq əlaqə saxlayıram. 

 

 

 

 

 

 

 
 
 

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Hamısı