Sabirabad və İmişli rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə evlər təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən Sabirabad və İmişli rayonlarında inşa etdirilmiş 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Son iki ildə və bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 603 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunub. O cümlədən bu il nazirlik Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, Qazax, Sabirabad, İmişli və digər rayonlarda yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edib.
Evlərin təqdim edilməsi zaman yeni fərdi yaşayış evlərinə baxış keçirilib. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Qeyd edək ki, evlərdən 3 ədədi Sabirabad rayonunda Qarabağ müharibəsi əlillərinə, 2 ədədi isə İmişli rayonunda şəhid ailələrinə təqdim olunub.