Azərbaycandakı ən böyük cinayət işi prokuror 38 nəfərə 493 il cəza istədi

Cəmiyyət 10:45 17.08.2017

Azərbaycanda baş tutan ən izdihamlı, ən çox zərərçəkmişi olan məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bakıda və əksər bölgələrdə minlərlə vətəndaşı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan şəxslərə prokuror cəza istəyib. Onlar “Azər Mühafizə” MMC, “General” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləridirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində minlərlə vətəndaşı aldadaraq adı çəkilən şirkətlərin bölgələrdə və Bakıda fəaliyyət göstərən filiallarına işə düzəltmək adı ilə pul alan, ancaq verdikləri vədə əməl etməyən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Bildirək ki, bu iş üzrə ümumilikdə təqsirləndirilən şəxslərin sayı 38 nəfərdir. Onlardan 22-si dəmir barmaqlıqlar arxasına əyləşib. 15 nəfəri is ev dustaqlığındadır. Həbsdə olan şəxslərdən biri qadındır. Nəzakət Aşurbəyova vətəndaşların aldadılmasında adı çəkilən şirkətlərin mühasibi kimi təqdim edilir. Ancaq o, buna etiraz edir.

Həbs edilən və hazırda ev dustaqlığında olan digər şəxslər bu şirkətlərin müxtəlif fililalların rəisləri, rəis müavinləri kimi vəzifələrdə çalışıblar.

Prokuror çıxışında Vüqar Hüseynovun 16 il, onun həyat yoldaşı Nəzakət Aşurovanın 13 il, Kamil Bayramovun 15 il, Mirabtalıb Cəfərovun 15 il, Aydın Həsənovun 14 il, Qorxmaz Mehdiyevin 15 il, Fariz Babayevin 14 il, Elşən Uzalovun 14 il, Şahin Yolçuyevin 14 il, Fərman Muradovun 14 il, Elxan İsmayılovun 13 il, Sənan Qasımovun 14 il, Sərdar Seyidovun 14 il, Xalid Qasımovun 13 il, Orxan Vəlizadənin 14 il, Emin Əzizovun 14 il, Şahin Quliyevin 14 il, Cəlal Mikayılovun 13 il, İlham Babayevin 13 il, İqar İlyasovun 13 il, Tağı Məmmədovun 12 il, Məmməd Həsənovun 11 il, Malik Cəfərovun 13 il, Nəriman Babayevin 11 il, Baba Bayevin 11 il, Ruslan Nəsirovun 12 il, Asif Abdullayevin 12 il, Məlik Məmmədovun 12 il, Xətai Tacəddinovun 12 il, Səbuhi Sadıqovun 12 il, Cavid Abdullayevin 12 il, Ərşad Əzimovun 11 il, Elşən Əzimovun 12 il, Elşən Qədirzadənin 12 il, Mövlan Süeymanovun 12 il, Müseyib Müseyibovun 12 il, Rəşid Heydərovun 11 il və Mübariz Sadıqovun isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi davam edir.

Qeyd edək ki, bu işlə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqaları mütəşəkkil dəstə yaradaraq 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M. Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində 2015-ci ilin fevral ayında həbs qətimkan tədbiri seçilib. Bu şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə rəsmi olaraq müraciət edən 4968 nəfər zərərçəkmiş var. B u məhkəmə prosesi Azərbaycanda zərərçəkmişlərin sayına görə ən izdihamlı məhkəmə prosesi olaraq yadda qalıb.

Xatırladaq ki, adı çəkilən şirkətlərin vəzifəli şəxslərinə işə düzəlmək üçün pul verən vətəndaşlar paytaxt Bakı ilə yanaşı bir çox rayonlarda etiraz aksiyaları keçirmişdilər. Həmçinin aksiyalar bölgələrə- Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Mingəçevir və bir çox şəhərlərə də yayılmışdı.

Zərərçəkənlərin bildirdiyinə görə, hər kəsə müəyyən məbləğdə depozit qoymaq şərti ilə təklif irəli sürülüb. Zərərçəkənlər arasında 100 min manat depozit qoyanlar belə olub. Qoyulan depozitin məbləği şirkətin vəd etdiyi vəzifəyə uyğun olaraq dəyişirmiş.

Vətəndaşlardan minimum 2-3 min manat məbləğində depozit alan şirkət ilk 2-3 ay müddətində həmin şəxslərə 600-700 manat aylıq əmək haqqı verib. Daha sonra maaşlar dayanıb, depozit qoyan əksər şəxs işə götürülməyib. Bundan sonra vətəndaşların adadıldığı məlum olub. (Musavat.com)

“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video

Xəbər xətti

ABŞ dövlət katibinin köməkçisi: Bidzina İvanişviliyə qarşı heç bir sanksiya yoxdur
00:22 15.05.2024
Xarkovun atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb
23:50 14.05.2024
"Onların ölkəmizin siyasətinə müdaxilə etməsi qətiyyən yolverilməzdir" - Gürcüstan rəsmisi
23:15 14.05.2024
Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib
23:04 14.05.2024
Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb
22:45 14.05.2024
Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
22:05 14.05.2024
Paşinyan yenə KTMT-ni GÜNAHLANDIRDI: “Azərbaycanla müharibə vaxtı İrəvanı dəstəkləmədilər”
21:30 14.05.2024
Sabah Sabirabadın 4 kəndinin qaz təchizatı dayandırılacaq
21:21 14.05.2024
Kobaxidze: ABŞ ilə ədalətli münasibətlər tələb edən tərəfdaşlığın dərinləşməsində maraqlıyıq
21:00 14.05.2024
Azərbaycan II Liqasının çempionu bəlli olub
20:45 14.05.2024
Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb
20:07 14.05.2024
Bakı Təşəbbüs Qrupu Fransanın Yeni Kaledoniyada mülki şəxslərə qarşı zorakılığı ilə bağlı bəyanat yayıb
19:57 14.05.2024
Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir
19:48 14.05.2024
Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib
19:39 14.05.2024
Biləsuvarda 26 fiziki imkanları məhdud sakin şəxsiyyət vəsiqəsi ilə təmin olunub
19:27 14.05.2024
Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb
19:14 14.05.2024
Azərbaycan və Sinqapur parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər
19:00 14.05.2024
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb
18:55 14.05.2024
Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib
18:34 14.05.2024
Muxtar Babayev BMT-nin dayanıqlı enerji üzrə xüsusi nümayəndəsi ilə görüşüb
18:26 14.05.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:19 14.05.2024
AK nümayəndəsi: İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək
18:10 14.05.2024
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı YENİ DETALLAR
18:00 14.05.2024
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
17:50 14.05.2024
Yağıntılı hava bu tarixə qədər davam edəcək
Yağıntılı hava bu tarixə qədər davam edəcək
17:40 14.05.2024
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
17:30 14.05.2024
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
17:24 14.05.2024
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
17:17 14.05.2024
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
17:15 14.05.2024
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
17:00 14.05.2024
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
16:45 14.05.2024
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
16:35 14.05.2024
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
16:32 14.05.2024
Türkiyədə kömür zavodunda çökmə olub, ölən və yaralanan var
16:20 14.05.2024
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
16:10 14.05.2024
FAKTİKİ HAVA: Yağış yağıb, dolu düşüb
16:03 14.05.2024
İğdır-Naxçıvan qaz kəməri yaxın vaxtlarda istifadəyə VERİLƏCƏK
15:55 14.05.2024
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
15:50 14.05.2024
Aİ Şurası Ukraynanın 50 milyard avroluq yardım alması üçün islahatlar planını təsdiqləyib
15:40 14.05.2024
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
15:40 14.05.2024
Hamısı