Azərbaycanda ağacdan işıq dirəyi kimi istifadə olunub.
Gədəbəy rayonunun Fərzalı kəndində işıq dirəyi olmadığı üçün sakinlər ağacdan istifadə edirlər. Sözügedən ərazidə işıq dirəkləri Sovet dövründə olub. Lakin son 20-25 ildə dirəklər yenilənmədiyindən, sakinlər ağaclardan işıq dirəyi kimi istifadə etməyə məcbur olub. Hazırda kəndin böyük bir hissəsində vəziyyət belədir.
Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, problemlə bağlı quruma rəsmi şəkildə heç bir müraciət daxil olmayıb. Məsələ araşdırıldıqdan sonra sualımıza cavab veriləcək. (Metbuat.az)