Beynəlxalq Kosmik Stansiyaya tarixdə ilk dəfə olaraq hava ilə şişirdilən yaşayış modulu göndərilir. Onu orbitə şəxsi “SpaceX” şirkətinin“Dragon” yük gəmisi çıxardacaq.
“BEAM” eksperimental blokunu ABŞ-ın “Biqelov Ayrespes” şirkəti hermetik elastik materialdan hazırlayıb. Bu sınaq modelidir. NASA alimləri onun köməkliyi ilə şişirdilmiş konstruksiyanın kosmik fəzada fəaliyyətini öyrənmək istəyirlər. “BEAM” modulu yerdə sınaqdan uğurla çıxıb. NASA bu texnologiyaya böyük ümid bəsləyir.
Proqramın rəhbəri Kirk Şirman bildirib ki, insanlar gələcəkdə planetdən daha uzaqlara getmək üçün bu cür modullardan istifadə edəcəklər. Bəşəriyyət üçün növbəti addım daha uzağa getməkdir.
Beynəlxalq Kosmik Stansiyanın heyət üzvləri bu modulu 2 il sınaqdan keçirəcəklər.
Sınaq bu cür qurğulardan daha böyük yaşayış bloklarının tikintisində istifadə edilməsi və digər planetlərdə qurulmasının mümkünlüyünü göstərəcək.