Azərbaycanda gəmilərin qeydiyyata alınma qaydaları dəyişdirilir.
Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən imzalanan qərara əsasən, “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nda 2.8.7-ci (gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə) və 2.8.12-ci (gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti) yarımbəndlər ləğv edilib.