Beynəlxalq siyasi expert, Avrasiya Media Şəbəkəsinin keçmiş baş redaktoru Malik Sumbal Azərbaycan xalqına başsağlığı verib. Eurasia Diary məktubun mətnini sizə təqdim edir.
Hörmətli Cənab Umud Mirzəyev,
Pekindən salamlar.
Mənim təcavüzkarlığa və zalımlığa qarşı duran və Azərbaycanın ləyaqətinin, suverenliyinin və müstəqilliyinin inkişafı naminə tarix yazan 20 yanvar şəhidləri ilə əlaqədar səmimi başsağlığımı qəbul edin. Bu insanların fədakarlığı heç bir zaman unudulmayacaq.
Bugün mən bütün varlığımla Azərbaycan xalqının yanındayam.
Mən həmin şəhidlərə sonsuz minnətdarlığımı bildirirəm və onları hörmətlə yad edirəm.
Dualarınızı əsirgəməyin. Allah sizi qorusun. Yaşa Azərbaycan!
Hörmətlə,
Malik Əyyub Sumbal
Beynəlxalq siyasi ekspert