Bu gündən etibarən işdən çıxdım. Artıq evdəyəm və işsizəm.
Bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Axar.az-a açıqlamasında deyib.
Nəsimi Paşayev hələlik heç bir yerdən iş təklifi almadığını da bildirib.
Qeyd edək ki, Nəsimi Paşayev mayın 15-də Feysbuk səhifəsində məlumat paylaşaraq, ayın sonundan işdən ayrılacağını bildirmişdi.