"Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur" Əflatun Amaşov

Cəmiyyət 16:14 11.07.2018
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov ötən gün Gəncədə baş vermiş iğtişaşa münasibət bildirib.
 
Şura sədri sosial şəbəkədə yazıb ki, Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur.
 
Ə. Amaşov bildirib ki, Gəncə şəhəri Azərbaycanın müasir dövlətçilik ənənələrinin formalaşmasında və dəyər qazanmasında müstəsna pay sahibidir: “Dövlətçiliyimizə qəsd cəhdinin törədilmə məkanı təsadüfən seçilməyib. Heç şübhəsiz, polis zabitləri İlqar Balakişiyevi və Səməd Abbasovu qətlə yetirən əllərlə icra başçısı Elmar Vəliyevə güllə atan əl eyni mərkəzdən idarə olunur”.
 
Ə. Amaşov deyib ki, müxalifət təmsilçiləri əllərinə düşən ilk fürsətdəcə hakimiyyətə qarşı kin və qəzəb püskürür, illərdən bəri düçar olduqları uğursuzluqların sanki heyfini alırlarmış kimi davranır, müxtəlif arqumentlər irəli sürməklə əsl mahiyyəti kölgələmək yolu tuturlar: “Ortada Azərbaycana qarşı yönəlmiş məkrli oyun var. Siyasi müxalifətin bu oyunda yer alması mənfi tendensiyadır və əslində düşərgənin gələcək məğlubiyyətlərini şərtləndirən məqamdır. Müxaliflik bir yerə qədər olmalıdır. Gəncə ümumdövlət maraqları baxımından vəhdət tribunasıdır. Təəssüf ki, əks düşərgə bu tribunada təmsilçilikdənsə inkarçılığı üstün tutdu”.
 
Millət vəkili müstəqillik illərində Azərbaycandakı asayişi pozmağın ən mühüm vasitəsinin məhz dini təxribatlar olduğunu vurğulayıb: “Hicab aksiyası” və Əbu Bəkr məscidi ətrafındakı qalmaqal, habelə bir neçə ay öncə Hacı Cavad məscidi ilə bağlı yaranmış insident yaddaşlardan silinməyib. Sual yaranır: nəyə görə məhz din? Cavab sadədir - Azərbaycan müsəlman ölkəsidir və ümumən müsəlman ölkələrində etiqad və vicdan azadlığı kontekstində təfriqələr yaratmaq, mövcud xüsusda nələrisə mübahisələndirməklə etirazçı kütlə hazırlamaq işi asandır. Prosesin Yaxın və Orta Şərq ölkələrindəki klassik metodlarını görmüşük. İkinci qeyd ediləcək məqam bundan ibarətdir ki, respublikamız dinlərin və mədəniyyətlərin qovuşduğu məkandır, tolerantlıq nümunəsidir. İstər dünyanın ayrı-ayrı yerlərindən ölkəmizə təşrif buyurmuş qonaqların gəldikləri qənaət, istərsə də düzənlədiyimiz nüfuzlu beynəlxalq tədbirlər zamanı səslənən fikir və düşüncələr onu deməyə əsas verir ki, Azərbaycan multikultural dəyərlərin hakim kəsildiyi, müxtəlif inanclı insanların dinc, birgəyaşam şəraitində ömür sürdükləri diyar kimi özünü təsdiqləməyi bacarıb. Bu, dünyana varlığımızı bəyan edən son dərəcə böyük sərvətdir. Deməli, Azərbaycana qarşı düşmənçilik motivləri varsa, məhz bu sərvətə qəsd ön planda olmalıdır. Bəli, məkrli plan ona hesablanıb ki, Azərbaycan mühafizəkar, dini fundamentalizmin, ehkamçı dünyagörüşünün hakim kəsildiyi məkan olaraq göstərilsin. Dünyaya burada dini müstəvidə münaqişənin alovlanması üçün guya münbit zəminin mövcudluğu mesajı verilir. Nəticədə beynəlxalq ictimaiyyət ölkəmizlə bağlı bir növ, tərəddüdlərə düşür. Planın tərkibinə din adamlarının hakimiyyətə qarşı mütəşəkkil etirazçı təbəqə olduqlarını göstərmək də daxildir. Bu, nəyə görə lazımdır? Məlumdur ki, xaricdə hakimiyyətlərin dinə qarşı guya barışmaz mövqedə olduqlarını iddia edən İslam pərdəsinə bürünmüş siyasi qruplar var. Zaman-zaman müxtəlif Qərb dairələri tərəfindən hərəkətə gətirilən bu qrupların dini təəssübkeşlik adı altında Azərbaycana cəlb edilməsi istəklərinə meydan hazırlanır. Beləcə nəzərdə tutulan xaos mühiti dərinləşdirilir. Məqsəd budur”.
 
 
 
MŞ sədri 11 apreldə Azərbaycanda keçirilmiş prezident seçkilərinə də diqqət çəkib. O qeyd edib ki, proses apreldə yox, oktyabrda keçirilməli idi, seçki öncəsi bəzi qüvvələr tərəfindən yaradılmasına cəhd göstərilən gərginlik mühitinin ayrı-ayrı elementləri göstərir ki, oktyabr ayı üçün daha geniş miqyaslı məkrli plan işə salınacaqdı: “Xalqın seçkidə cənab İlham Əliyevi dəstəkləyərək iqtidarla vəhdət nümayiş etdirməsi işə salınmış bütün “ssenariləri” iflasa uğratdı. Hesab edirəm ki, bu gün Gəncədə yaşananlar aprel iflasına görə qisas mahiyyəti daşıyan siyasi terrordur. Heç şübhəsiz, terrorun daha bir üzü Ermənistanla bağlıdır. Bir neçə ay öncə ölkədə siyasi dəyişiklik baş verdi. Nikol Paşinyanın hakimiyyətə yiyələnməsi ilə Dağlıq Qarabağ münaqişəsi də gündəmə gəldi. Paşinyanın ortaya qoyduğu mövqe konfliktin nizamlanması ilə bağlı indiyədək aparılan danışıqların ruhuna tamamilə ziddir. Yəni faktiki olaraq ölkəmiz üçün müharibədən başqa yol qalmır. Ermənistanın diplomatik qayda və prinsipləri heçə saymasının doğuracağı savaşın isə Azərbaycanın zəfəri ilə nəticələnəcəyi hər kəsə yaxşı məlumdur. 26 iyun Silahlı Qüvvələr Günü və Milli Ordumuzun 100 illiyi ilə bağlı keçirilmiş möhtəşəm hərbi paradla əlaqədar Ermənistan mediasında yayımlanmış materiallar göstərir ki, ermənilər təşviş içərisindədir. Mövcud durumda işğalçıya dəstək planlarının işə düşəcəyi proqnozlaşdırılırdı və işə düşdü. Gəncədə yaşananların həm də bu baxımdan dəyərləndirilməli olduğunun qənaətindəyəm. Hesab edirəm ki, cəbhəyə yaxın olan strateji bölgədə ictimai asayişi pozmaq və gərginlik yaratmaqla Azərbaycanın diqqətini daxili işlərə yönəltmək, ədalətli müharibə ovqatından daşındırmaq yolu tutulur”.
 
Ə. Amaşov müasir dövrdə dövlətlərə qarşı aparılan müharibədə informasiya təminatının mövcudluğunun başlıca şərt olduğunu da qeyd edib: “Yəni faktiki olaraq müharibələr informasiya savaşı mahiyyəti daşıyır. Bu mənada Gəncədə Azərbaycana qarşı həyata keçirilən terrorun “klaviatura qəhrəmanları”nı da gördük. Onlar Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd sonrakı onun qətlə yetirildiyinə dair fikirlər yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Ölkəmizin ikinci böyük şəhərində iki polis zabitinin qətli ilə nəticələnən iğtişaşın anonsunu verənlər də məhz onlar idi. Ümumən onu da bildirmək lazımdır ki, Gəncədə yaşanan olaylar Azərbaycanın mütərəqqi media cameəsinin elektron media və sosial şəbəkələr müstəvisində əsaslı tənzimləmələrin aparılmasına dair zaman-zaman səsləndirdikləri baxışların əməli iş müstəvisinə daşınmasının vaxtının çatdığını bir daha sübuta yetirdi. Bilirəm, fikrimi söz və ifadə azadlığının boğulmasına çağırış kimi dəyərləndirib məsələyə saxta ictimai motiv qazandıranlar tapılacaq. Heç bir halda mövcud sahədə hansısa mürtəce addımlar atıla bilməz. Sadəcə hazırlanmış qanuni mexanizmlər konkretləşdirilməli, təkmilləşdirilərək kompleks əhəmiyyət daşımalıdır. Söz azadlığının dövlətə qarşı qəsd azadlığı anlamı daşıması əsla yolverilməzdir. Məsələyə Azərbaycanın informasiya təhlükəsizliyi baxımından qiymət verilməli, zəruri tədbirlər görülməlidir. Dövlətin Gəncə ilə bağlı yazan bəzi informasiya saytlarına qarşı həyata keçirdiyi tədbirlər də bu kontekstdə dəyərləndirilməlidir.
 
Sonda bir daha vurğulayım ki, Gəncə hadisələri Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qəsd, düşünülmüş məkrli oyun cəhdidir. Bu durumda mediamızın hərzamankı kimi mütəşəkkilik ortaya qoyması, həssas davranaraq peşəkarlıq nümayiş etdirməsi son dərəcə vacib şərtdir. Media peşəkarlığı dövlətçiliyimizə qarşı təhdidlərin qarşısının alınmasında səfərbəredici missiyadır. Jurnalistlərimiz bu missiyanı ləyaqətlə yerinə yetirir və qəti şəkildə əminəm ki, daha yüksək səviyyədə yerinə yetirməklə cəmiyyətə nümunə olacaqlar”.
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı