Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona avqustun 11-də ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev fəxri doktor diplomunu Prezident Emoməli Rəhmona təqdim edib.
Tacikistan Prezidenti tədbirdə çıxış edib.