İran-Türkiyə sərhədindəki Dilucu Sərhəd-Keçid Məntəqəsində İran tərəfindən terroristlərin açdığı atəş nəticəsində tanker partladılıb.
Eurasia Diary xəbər verir ki, Naxçıvan dövlət qeydiyyat nişanlı yanacaq tankeri anidən yanmağa başlayıb.
Tankerin yanacaq deposu partlayıb və parçaları ətrafa səpələnib. Nəticədə 1 gömrük işçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Alov qısa müddətdə sürətlə ətrafa yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib. Bundan sonra alovun söndürülməsinə müvəffəq olunub.
Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar davam edir.