Dini radikalizmlə mübarizədə İlahiyyat İnstitutunun rolu?

Cəmiyyət 10:17 15.06.2019
Son bir əsrdə dünyanın müxtəlif bölgələrində radikal qruplar tərəfindən dinin siyasi məqsədlər üçün istismar edildiyi və din adı ilə destruktiv fəaliyyətin həyata keçirildiyi müşahidə olunur. Xüsusilə müsəlman ölkələrində radikal qruplar insanların dini savadsızlığından və fanatizmindən yararlanaraq, öz sıralarına minlərlə insanı cəlb edirlər.
 
Bu qrupların fəaliyyətində dini mətnlərin kontekstdən uzaqlaşdırılmış şərhinin xüsusi rolu vardır. Bu baxımdan, cəmiyyətdə belə qruplara qarşı immunitet yaratmaq məqsədilə İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirəcək, dünyəvi və rasional düşüncə əsasında dini şərh edəcək kadrların hazırlanması böyük zərurət kəsb edir.
 
 
 
Dini radikallıq nə deməkdir?
 
 
 
“Radikal” sözü latın dilindəki “radix (radiks)” sözündən törəmiş, mənası “kök” deməkdir. Radikal hərəkatlar cəmiyyətdə köklü dəyişiklik etmək istədikləri üçün bu adla adlandırılmışlar. İlk dəfə bu termini 1797-ci ildə İngiltərədə parlament üzvü Çarls Ceyms Fox seçki sistemi ilə əlaqəli “radikal reform” ifadəsini dilə gətirərkən işlətmişdir. Daha sonra elmi ədəbiyyatda siyasətdən incəsənətə, ədəbiyyatdan dinə qədər köklü dəyişikliklərin tərəfdarı olan qruplar üçün “radikal” terminindən istifadə olunmuşdur.
 
Dini radikallıq termini isə ümumi və xüsusi olmaqla iki şəkildə istifadə edilir. Ümumi mənada bu termin cəmiyyətdə daha çox mövcud  ənənəvi dini dəyərlər sistemini qəbul etməyərək, onda köklü dəyişikliklərin tərəfdarı olan bütün qruplar üçün istifadə olunur. Xüsusi olaraq isə bu termin öz dini görüşlərini mütləq qəbul edərək, başqa dini görüşlərə qarşı aqressiv münasibət göstərən, cəmiyyəti öz dini görüşləri istiqamətində zorla dəyişikliyə məruz qoyan qruplara aid edilmişdir. Bu sonuncu növ dini qruplara  ifratçılığa yol verən mənasında “ekstremist qruplar” da deyilmişdir.  Cəmiyyətimizdə də əsasən dini radikalizm bu mənada istifadə olunur. 
 
 
 
İlahiyyat İnstitutunda dini maarifləndirmə... 
 
 
 
Bu mövzu istiqamətində İlahiyyat İnstitutunda davamlı olaraq maarifləndirmə xarakterli tədbirlər təşkil edilir. İnstitutunun Mətbuat xidmətindən verilən məlumata görə, Aİİ-nin əsas məqsədi dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə və yüksək intellektə malik kadrların yetişdirilməsidir. İnstitutda tədris zamanı tələbələrə  müxtəlif məzhəblər və dini cərəyanların, o cümlədən radikal dini cərəyanların yaranması və fəaliyyət istiqamətləri öyrədilir, həmçinin radikal və ekstremist qrupların cəmiyyət üçün təhlükəliliyi haqqında məlumat verilir. İnstitutda, həmçinin tədrislə yanaşı, radikal və ekstremist qruplarla mübarizəyə əsaslanan maarifləndirmə xarakterli müxtəlif seminarlar, “dəyirmi masa”lar keçirilir. 
 
Qeyd edək ki, gənclərimizə dini dəyərlərimizi daha yaxşı öyrədib, onları ölkəmizdə mövcud olan multikultural və tolerant mühitlə yaxından tanış etsək, həmçinin radikal dini qruplara qarşı məlumatlar versək, onlarda həmin cərəyanlara qarşı immunitet yarada bilərik. Bu baxımdan, İnstitutda dini dəyərlərin təbliğinə xüsusi önəm verilir. İnstitutun yaranma məqsədi də məhz Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. 
 
İnstitut dini dəyərlərin təbliğini bir neçə istiqamətdə aparır. Tələbələrə üçün müxtəlif bölgələrə səfərlər təşkil edir, burada onları tarixi-dini abidələrimizlə tanış edirik. Eyni zamanda, gənclər bu tanışlıqlarla dövlətimizin tarixi-dini abidələrimizə verdiyi dəyərin, həmçinin multikultural, tolerant mühitin canlı şahidi olurlar. 
 
 
 
Radikal dini cərəyanlarla necə mübarizə aparmaq olar? 
 
 
 
Radikal dini cərəyanlarla mübarizə birmənalı olaraq ideoloji müstəvidə aparılmalıdır.
 
Tədqiqatlar və təcrübə göstərir ki, dini radikalizm və ekstremizmə qarşı mübarizə məktəbdən başlanmalıdır. Təhsil prosesində milli-dini dəyərlərin elmi-pedaqoji tələblərə uyğun öyrədilməsi böyüməkdə olan nəsilləri xalqımızın tarixi köklərinə bağlayır. Onlar milli ruhlu şəxsiyyətlər kimi yetişir, multikultural dəyərlərə, digər xalqların da inanclarına, mədəniyyətlərinə hörmətlə yanaşır, tolerantlığın əhəmiyyətini dərk edirlər.
 
Eyni zamanda, dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını almaq, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikultural ənənələri yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi zəruridir. Tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmə işlərinin aparılmasının alternativi yoxdur. 
 
Yuxarıda da qeyd etdiyimiz kimi, İnstitutda milli-dini dəyərlərlə bağlı tələbələri məlumatlandırmaq, onlarda milli-mənəvi keyfiyyətləri formalaşdırmaq, dini radikalizm və ekstremizmin cəmiyyət üçün təhlükəliliyini izah etməkdən ötrü həm tədris, həm də maarifləndirmə işləri aparılır. 
 
 
 
 
 
Bu yazı Azərbaycan İlahiyyat İnstitutunun məlumatları əsasında, “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizə istiqamətində maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.
"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı