Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran-Rəhimli–Veyisli–Qazanbulaq-Borsunlu avtomobil yolunun Qazanbulaq hissəsində yeni yolun çəkilişi sürətlə davam etdirilir.
Eurasia Diary "Azərtac"a istinadla xəbər verir ki, hazırda avtomobil yolunun bu hissəsində asfaltlanma işləri aparılır.
Qeyd edək ki, rayonda yol infrastrukturunun müasirləşdirilməsi məqsədilə cari ilin ikinci rübündə ümumilikdə 40 kilometrlik yeni yol çəkilib.