Goranboyda avtomobil aşıb - ölən və yaralanan var | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Goranboyda avtomobil aşıb - ölən və yaralanan var

Cəmiyyət A- A A+

Goranboyda baş verən yol qəzası zamanı ölən və yaralananların şəxsiyyətləri məlum olub.

Eurasia Diary-nin məlumatına görə, rayonun Kəpənəkçi kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb.

Qəza zamanı habelə sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Report

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...