Frenk Elkaponi Ramil Səfərovun azad olunması üçün iki milyon dollar söz verib, amma... Vəkil sirrləri açır

Cəmiyyət 08:00 14.08.2019

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb. 

Eurasia Diary vəkil Adil İsmayılovun yazısını təqdim edir:

OMBUDSMAN ELMİRA SÜLEYMANOVANIN RAMİL SƏFƏROVUN İŞİNDƏ İŞTİRAKI

Bu işin əvvəlindən proseslərdə iştirak edən şəxs kimi deyə bilərəm ki, Ramil Səfərovun həyatında ən mühüm müsbət rollardan birini ombudsman Elmira xanım Süleymanova oynadı.

Elmira xanım birinci gündən bu işi şəxsi nəzarətində saxlayırdı. Macarıstanda olduğum günlərdən birində məlum oldu ki, Süleymanova da, səhv etmiəmsə, Avropa Şurasına daxil olan dövlətlərin ombudsmanlarınin toplantısında iştirak etmək məqsədilə Budapeştə gəlib. Biz onunla görüşdük. Elmira xanım Macarıstanın ombudsmanın vasitəsi ilə Ramil Səfərovla görüşmək üçün icazə aldı. Biz yerli ombudsman aparatının əməkdaşı ilə birlikdə Ramil Səfərovun saxlanıldığı istintaq təcridxanasına gəldik. Elmira xanıma Ramil Səfərovla görüşməyə şərait yratdılar. Türmə əməkdaşlarının birinin xidməti otağında Ramil Səfərovla Elmira Süleymanovanın görüşü oldu, mən də görüşdə iştirak etdim. Elmira xanım Ramil Səfərova ürək-dirək verdi, ölkə rəhbərliyi səviyyəsində onun işi ilə maraqlanıldığını, özünün də bu işi daim nəzarətdə saxladığını dedi.

Görüşdən sonra Süleymanovanın xahişi ilə təcridxananın rəisi bizə dustaqların saxlanıldığı bir kameranı göstərdi. Sizi inandırım ki, bu Azərbaycanın ailə yataqxanalarının bəlkə də ən yaxşısından daha yaxşı otaq idi. Burda bir haşiyə çıxaraq deyim ki, Elmira Süleymanova mənim bildiyim qədər işin axırına kimi sözünü tutdu və Ramil Səfərovu unutmadı. Sizi inandırıram ki, Elmira xanım Azərbaycanda olan işlər üzrə Ramil Səfərovun işində göstərdiyi prinsipiallığı göstərsəydi, yəqin ki, burda baş verən qanunsuzluqların ən azı 10 faizinin qarşısını ala bilərdi.

MACARISTANIN HƏRBİ PROKURORU İLƏ UNUDULMAZ GÖRÜŞ

Macarıstanın Hərbi Prokuroru ilə olan görüşümüzü yəqin ki, heç vaxt unutmayacam. O, həyatımda gördüyüm və bundan sonra görə biləcəyim ən sadə prokuror olub. General-leytenant rütbəsində olan bu adamın simasında bir nəciblik vardı. Mən Ramil Səfərovun işi ilə əlaqədar hərbi prokurorla görüşmək üçün Budapeştdə yaşayan həmyerlimiz Vüqar Seyidovdan (ona da bu işə göstərdiyi münasibətə görə təşəkkür edirəm) zəng edib görüş almasını xahiş etdim. Seyidov zəng edib xahişimi prokurorluğun əməkdaşına çatdırdı, qısa bir zamandan sonra onun telefonuna geri zəng gəldi, dedilər ki, prokuror sabah saat 9:30-da məni qəbul edəcək.

Maraqlandılar ki, hansı dili bilirəm, mən rus dilini bildiyimi dedikdə sabah görüşə rus dili tərcüməçisi dəvət edəcəklərini bildirdilər. Səhər deyilən vaxt hərbi prokurorluğun qarşısında oldum. Binanın girəcəyində orta yaşlı bir qadın vardı, məlum oldu ki, o, xüsusi olaraq bu görüş üçün dəvət edilmiş rus dili tərcüməçisidir. Sonralar Elena adlı bu qadın Səfərovun məhkəmələrində mənim üçün tərçüməçilik etdi və macar dilində olan sənədləri rus dilinə çevirdi. Təyin olunmuş vaxt polkovnik-leytenant rütbəli şəxs qapıya yaxınlaşıb bizi içəri dəvət etdi və liftlə 3-cü mərtəbəyə qalxdıq. Vüqar Seyidov və tərcüməçi qadın da bizimlə idi.

Hərbi Prokurorun köməkçisi olan polkovnik-leytenant rəisinin adından üzrxahlıq etdi. Dedi ki, hazırda onun yanında Konstitusiya Məhkəməsinin sədri var, o çıxan kimi prokuror bizi qəbul edəcək. 5-10 dəqiqə sonra qapı açıldı və iki nəfər çıxdılar. Prokuror üzr istəyib qonağı yola saldı və bizi qəbul etdi. Təxminən 10-15 dəqiqəlik çox xoş bir söhbətimiz oldu. Məlum oldu ki, Səfərov başqa dövlətin hərbçisi olduğu üçün onun işinin Macarıstan Hərbi Prokurorluğuna aidiyyəti olmayıb. Söhbət zamanı prokuror bizə çay və qəhvə təklif etdi, söbət bitəndən sonra isə liftə qədər bizi ötürdü. Bu görüş barəsində nə üçün yazdığımı yəqin ki, özünüz başa düşdünüz.

FRENK ELKAPONİ İLƏ UĞURSUZ GÖRÜŞ :)

Yadınızdadırsa yazmışdım ki, bu işlə əlaqədar heç bir iş adamından pul almamışam, arada-bərədə qulağıma müxtəlif söhbətlər çatırdı ki, guya kimlərsə Səfərovun müdafiəsinə külli miqdarda pullar xərcləyib, əgər həqiqətən belə bir şey varsa bunun mənə heç bir aidiyyəti yoxdur və ola bilməz. Səfərovun məhkəməsi gedən dövrdə bir gün Ramilin atası zəng etdi ki, Moskvada yaşayan Frenk Elkaponi Bakıdadır, "Hyatt Recensi" mehmanxanasında qalır, Ramilin işinə kömək etmək məqsədi ilə mənimlə görüşmək istəyir.

Mən onun israrlı xahişindən sonra razılaşdım və biz mehmanxanaya gəldik. Frenk müəllim bizi mehmanxananın 7-ci mərtəbəsində qarşıladı, dedi ki, bu mərtəbənin tamamını icarəyə götürüb. İş barəsində ona məlumat verəndən sonra Frenk müəllim bu işə iki milyon dollar pul ayırmağa hazır olduğunu, Rusiyanın ən yaxşı vəkillərini çəlb edəcəyini vəd etdi. Bundan sonra mən nə Elkaponini, nə də onun vəkillərini gördüm ...

Növbəti yazı ekspertiza rəyləri barədə olacaq.

Qeyd edək ki, Adil İsmayılovun daha öncəki yazılarını saytımızda dərc etmişik. Həmin yazılarla buradan tanış ola bilərsiniz.

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Hamısı