Ağcabədidə qadının evindən xeyli sayda silah-sursat tapıldı - FOTOLAR | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Ağcabədidə qadının evindən xeyli sayda silah-sursat tapıldı - FOTOLAR

Cəmiyyət A- A A+
Ağcabədi rayon sakininin mənzilindən xeyli sayda silah-sursat tapılıb.
 
Ağcabədi Rayon Polis Şöbəsindən rayon sakini Afət Heydərovanın yaşadığı mənzilə baxış keçirilib. 
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Heydərovanın yaşadığı evdən 1 ədəd “Kalaşnikov”, 2 ədəd avtomat darağı, 1 ədəd "Kalaşnikov" markalı avtomata aid bıçaq, avtomat patronları, "Toz" markalı tüfəng, 16 kalibrli qoşa lülləli tüfəng, 1 ədəd qundağı çıxarılmış tüfəng, kustar üsulla hazırlanmış beşatılan tüfəng, 1 ədəd naqan tipli tapança, 2 ədəd " İJ-37" siqnal tapançası, 5 ədəd dəmir üsula hazırlanmış xəncər, iki ədəd bıcaq, "F1" əl qumbarası, tüstü qumbaraları, ov tüfənginə aid çoxlu sayda patronlar aşkar edilərək götürülüb. A.Heydərova maddi sübutlarla birgə istintaqa təhvil verilib.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...