İsmayıllıda yas mərasimində ev uçdu - 10 yaralı | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


İsmayıllıda yas mərasimində ev uçdu - 10 yaralı

Cəmiyyət A- A A+

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi keçirilən iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...