Allahşükür Paşazadə və Mübariz Qurbanlı qan verdilər - FOTOLAR | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


Allahşükür Paşazadə və Mübariz Qurbanlı qan verdilər - FOTOLAR

Cəmiyyət A- A A+

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Qanvermə aksiyasında Milli Məclisin deputatları, QMİ əməkdaşları iştirak ediblər.

Eurasia Diary xəbər verir ki, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə, ailə üzvləri, Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, QMİ əməkdaşları iştirak ediblər.

QMİ sədri və digər rəsmi şəxslər “Aşura günü” qan veriblər

QMİ sədri və digər rəsmi şəxslər “Aşura günü” qan veriblər

QMİ sədri və digər rəsmi şəxslər “Aşura günü” qan veriblər

QMİ sədri və digər rəsmi şəxslər “Aşura günü” qan veriblər

Şeyxülislam Aşura günü bütün müsəlmanlara başsağlığı verib.

Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.(trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...