General Mirqafar Seyidov rəis təyinatları etdi | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


General Mirqafar Seyidov rəis təyinatları etdi

Cəmiyyət A- A A+

Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.

Eurasia Diary "apa"-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail RPİ-nin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "apa"-ya faktı təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...